"U-21" : İNGİLTƏRƏ - AZƏRBAYCAN 2:0

single-news
30 Mar 2005

"U-21" : İNGİLTƏRƏ - AZƏRBAYCAN 2:0



21 yaşlılardan ibarət yığma komandamızın bu dəfəki rəqibi İngiltərə millisi oldu. Oyun meydan sahibləri olan ingilislərin hücumu ilə başladı. Bunun nəticəsi olaraq,27-ci dəqiqədə Velş hesabı açdı.Bundan sonra daha da sərbəst oynayan rəqib, hissənin sonlarında hesab arasındakı fərqi artırdı. Bu dəfə qapımızdan topu D.Aşton keçirdi. İkinci hissədə komandamız daha fəal oynamağa başladı.Lakin komandamız yenə də qolsuzluq tilsimini qıra bilmədi.Hesab 2:0 rəqib qalib gəldi. Digər oyunlardan Türkiyə millisinin Gürcüstan üzərində qələbəsini qeyd etmək lazımdır.7-ci dəqiqədə Gökhan, 73-cü dəqiqədə isə, Mehmet meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur etdi. Maraqlı oyunlardan Fransa gənclərinin İsrailə, Ukrayna gənclərinin isə Danimarkaya məğlub olmasını qeyd etmək lazımdır: uyğun olaraq,2:3 və 0:1.

Paylaş