U-21 `Qarabağ`. Qolsuz bərabərliklə...fotolar
U-21 `Qarabağ`. Qolsuz bərabərliklə...fotolar
`Qarabağ`ımız Antalyada keçirdiyi təlim-məşq toplanışında 5-ci yoxlama oyununu keçirdi. Öncədən xəbər verdiyimiz kimi sabah Qazaxıstanın `Kaisar` klubuyla qarşılaşacaq komandamız 2 fərqli heyətlə meydana çıxacaq.
Bu gün U-21 millisinə qarşı çıxış edən `Qarabağ`ımızda komandamızın baş məşqçisi Qurban Qurbanov bu `11`liyə şans vermişdi: Sahil Kərimov, Qara Qarayev, Aslan Kərimov, Telman Bayramlı, Ayxan Abbasov, Devran Ayhan, Emin İmaməliyev, Tural İsgəndərov, İlqar Qurbanov, Rəşad Kərimov, Murad Səttarlı
U-21: Osman Umarov, Fərrux Rəhimov, Novruz Məmmədov, Arif Salmanov, Rüstəm Məmmədov, Emin Mustafayev, Aleksandr Qross, Eşqin Quliyev, Azər Məmmədov, Kamil Nurəhmədov, Eldar Məmmədov,
Komandamız 90 dəqiqə bu heyətlə meydanda mübarizə apardı. Sadəcə 2-ci hissənin gedişində zədələnən Sahil Kərimovu yeni transferimiz Bojan Pavloviç əvəzlədi.
Oyuna gəlincə, ilk 15 dəqiqə oyun daha çox meydanın mərkəzində getsə də tədricən komandamız ərazi üstünlüyünü ələ almağı bacardı. İlqar və Eminin zərbələri nəticə gətirmədi. Ayxanın sağ cinahdan əla ötürməsinə son anda İlqar ayaq qoya bilmədi. Millilərimiz aktivinə ən təhlükəli anı 40-cı dəqiqədə yazdı. Emin və Kamil qapıya zərbə endirə bilmədilər.
İkinci yarı isə tamamilə komandamızın üstünlüyü ilə keçdi. Qol epizodları ilə elə də zəngin olmayan oyunda 70-ci dəqiqədə oyunun ən real qol epizodu yaşandı. Telman sol cinahdan 2 müdafiəçini keçərək qapıya güclü zərbə endirsə də top dirəkdən geri döndü. Rəşad, Tural,İlqarın cəhdləri fayda gətirməyincə oyun qolsuz başa çatdı.
Maraqlıdı ki, U-21 üzvləri olan Murad Səttarlı, Qara Qarayev, Tural İsgəndərov milliyə qarşı oynadılarsa, `Qarabağ`ımızın futbolçuları Osman Umarov, Emin Mustafayev, Fərrux Rəhimov əks düşərgənin uğurları üçün tər tökdülər.
Oyundan fotolar - FOTOQALEREYA bölümündə...
http://qarabagh.com/1987/?name=photoview&phid=343&lang=1