U14 İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək

single-news
3 İyn 2026

U14 İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək



U14 komandamız 5-8 iyun tarixlərində İtaliyanın Palmanova şəhərində təşkil olunacaq 9-cu “Fabio Zuccheri Cup” beynəlxalq turnirində iştirak edəcək.

 

"Qarabağ" FK 12 komandanın mübarizə aparacağı yarışda B qrupunda yer alacaq. Komandamız qrup mərhələsində İtaliyanın “Bolonya”, "Karlin Muzane" və Xorvatiyanın “Hayduk” klubları ilə qarşılaşacaq.

 

Turnirdə iştirak edəcək digər komandalar arasında İtaliyanın “Atalanta”, “Venesiya” və “Udineze”, Bosniya və Herseqovinanın “Jrinski”, Sloveniyanın “Primorye”, həmçinin Xorvatiyanın “Lokomotiv” (Zaqreb) klubları da yer alır.

 

Reqlamentə əsasən, qrup qalibləri və ən yaxşı nəticə göstərən ikinci yer sahibi yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Digər komandalar isə 5-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

 

Qrup mərhələsinin oyunları təbii örtüklü "Armando Zimolo Trivinyano" stadionunda keçiriləcək. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq.

 

Komandamız ilk oyununu iyunun 6-da "Karlin Muzane", daha sonra isə “Bolonya” və “Haydukla qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları və bağlanış mərasimi iyunun 7-də baş tutacaq.

Paylaş

// pop up