ÜÇ "QARABAĞ"LI 300-Ə YAXINLAŞIR . . .

single-news
8 Dek 2005

ÜÇ "QARABAĞ"LI 300-Ə YAXINLAŞIR . . .



Bu mövsüm "Qarabağ" FK klubda gəncləşdirmə siyasəti apararaq, kluba "Qarabağ" uşaq futbolundan Mehran Əliyevi,Fərid Haqverdiyevi, o cümlədən Cavad Cavadovu heyətinə cəlb etdi. Bundan başqa gənc və perspektivli digər futbolçular üçün də qapılar açıldı. Amma bunların fonunda "Qarabağ" təcrübəli futbolçuları da yaddan çıxarmadı. Gənc futbolçuların təcrübəlilərlə təcrübə qazanacağına inanan "Qarabağ" rəhbərliyi "Qarabağ"lı Müşviq Hüseynovu da qısa fasilədən sonra heyətə qaytardı... Bu gün Müşviq Azərbaycan Çempionatları tarixində "Qarabağ"ın heyətində ən çox matç oynamış futbolçudur. O, "Gəncə" ilə matçda özünün 282-ci matçına çıxdı. Müşviq 300-cü yubiley matçını da "Qarabağ"la qeyd etmək istəyir: "Mən sevinirəm ki, Azərbaycan Futbolu tarixində "250-lər klubu"na daxil olmuşam. Bu məni sevindirir. Eyni zamanda çempionatımızın səviyyəsi də günü gündən qalxır.Mən inanıram ki, 300-cü oyunuma çıxmağa gücüm çatacaq və bu oyun bundan da səviyyəli çempionata təsadüf edəcək." "250-lər klubuna"daxil olan digər futbolçumuz onsuz komandanın təsəvvür olunmayacağı qədər komandaya bağlı futbolçusu Aslan Kərimovdur. Bütün qəlbi ilə "Qarabağ"a bağlı futbolçu xəstə olmasına baxmayaraq, son anda özündə güc taparaq, "Gəncə" ilə matçda da komandasına kömək edə bildi. Necə kömək etdiyinə qiymət isə, oyundan sonra ona verilmiş matçın "Ən yaxşısı" adı kifayətdir. O , son turda özünün 278-ci matçına çıxdı: "Düzü mən neçənci matçıma çıxdığımı dəqiq bilmirdim. Amma 300-ə yaxınlaşmağım məni sevindirir. İnşaallah, 300-lər klubuna daxil olacağımada gücüm çatacağına inanıram. Azərbaycanda futbol təzə inkşaf etdiyindən, bu siyahi o qədər də böyük deyil. Bu baxmayaraq, siyahida ən çox top qovmuş oyunçu kimi irəliləmək da pis nəticə deyil. İnşallah birinci də olarıq" Aslanla eyni qədər oyun sayı olan Mübariz Orucov "Qarabağ"ın üçüncü futbolçusudur. Ona görə üçüncüdür ki, o son matçda zədə üzündən meydana çıxa bilməməsi onu bir oyun geridə qoydu və o 277 oyunla "250-lər klubu"nda 6-cıdır. Futbol karyeralarının qürub dövrlərini yaşayan futbolçularımıza bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayırıq.

Paylaş

// pop up