ÜÇ YAŞLI KÖRPƏNİN ADDIMLARI...

single-news
5 İyn 2007

ÜÇ YAŞLI KÖRPƏNİN ADDIMLARI...



  ASİF 

Heç bir ölkə 12 nəfərdən ibarət deyil. Hətta Vatikan, Andorra, Monako krallığı cırtdan ölkə sayılsalar da yenə də bu saydan qat-qat artıqdılar. Biz isə cəmi 12 nəfərlik bir ölkə olduğumuzdan utanmalıyıq.Bu cümlələri oxuyan hər bir oxucuda istər-istəməz belə sual döğacaq-  niyə səkkiz milyondan artıq bir xalqı 12 nəfər qismində təqdim edirəm? . . . .Niyə?
Hər birimiz özümüzdən kiçik birinin sözü ilə oturub durmağı özümüzə ar sayarıq. Fikirləşərik ki, o KÖRPƏdir, “mən” ondan artıq bilirəm və s. Bununla da hər kəs özünü haqlı sayır. Daha fikirləşmirik ki, 3 fikir 1 fikirdən üstündür və hər birinə hörmətlə yanaşmaq hər bir ağlı başında olan birinə məxsus xasiyyət olmalıdır. Biz KÖRPƏYİK. Sözün hər mənasında! Avropa ailəsində uşağıq və təzəcə yeriməyə yox, hələ iməkləməyə başlamışıq. Amma mentalitemizə uyğun olaraq “yerimədən” “qaçmaq” istəyirik və bunun üzərində də təkidlə dururuq.. Niyə?
Dünyada ad almış, “Marka” sayılan məhsullar var. Adidas, Puma, Nike...... Bunların heç biri bizimki deyil. Bilirsinizmi niyə? Ona görə ki, bir işə başlayanda biz sərmayəmizin 100%-ni ilk gündən geri götürməyi fikirləşirik onlar isə perspektivi fikirləşirlər. Biz ilk ildəki gəlir həcmində maksimuma çatmağı düşünürük, onlar isə 1-2 % inkşaf edirlər. Nəticə də göz qabağındadır. Onları dünya tanıyır, biz isə yerimizdə sayırıq və bu gedişlə arxaya gedəcəyik və yenə də özümüzə dəstək olacağıq ki, geriyə getməyin də səbəbi var imiş – sən demə sürət yığmaq istəyirmişik......
İlk baxışdan deyilənlərin futbolla əlaqəsi yoxdur. Amma dərin fikirləşəndə bu düşüncə ilə futbolumuzun bu günə düşdüyünün şahidi olmuş oluruq. 2004-cü ildən cəmi 3 il keçib və futbolumuz da yenicə iməkləməyə başlayır. Yenicə stadonlar tikilir, futbolçular “baza” anlayışını sözün həqiqi mənasında dərk eləməyə başlayır və s... Hamısı təzəlikcə olmağa başlayır. Biz isə bir cüzi nəticə olan kimi, özümüzü Braziliya ilə müqayisə etməyə çalışırıq. Biz Portuqaliyanı udmuşuq, onlar isə Braziliya ilə heç-heçə edib. Deməli biz Braziliyanı uda bilərik....Məntiq.... “biz”sayağı.....Daha fikriləşmirik ki onların 100 il əvvəl açdığı cığırda biz hələ təzə iməkləməyə başlamışıq. Daha fikirləşmirik ki.....
Milli - ölkənin təmsilçiləri deməkdir. Orada kimin oynamasından və kimin tərəfindən idarə olunmasından asılı olmayaraq AZƏRBAYCAN təmsil olunursa və himnimiz çalınırsa hamımız baş əyməliyik. Biz isə bunun əksini edirik. Kim milliyə dəvət aldısa o saat dəvət olunmayanı daha üstün sayırıq, onu xarakterizə edib “bu olsaydı belə olmazdı” deyirik. Hətta heç bir ölkədə analoqu olmayan “Millidən imtina” edərək öz şəxsi ambisiyalarımizi da Millidən üstün tuturuq. . .və ....
....və 3 yaşlı uşağı 30 yaşlı bir proffesional “boksçu” ilə bir rinqə buraxıb onu elə-belə yox, nakaut eləməsini gözləyirik. Daha nəticə uğursuz olanda gedib “daha üstün saydığımızdan” soruşmuruq ki sən niyə “imtina”nda milliyə zərbə vurursan? Niyə “səviyyəsiz”lərin dediklərinə qulaq asıb, AZƏRBAYCAN-ı tapdalayırsan? Niyə?
Hamımız Millimizə dəstək olmalıyıq. Hamımız onun uğuru üçün çalışmalıyıq və öz şəxsi mənafeylərimizi Milliyə qurban verməliyik. Daha bütün dünyaya Azərbaycan Yığmasının Baş Məşqçisinin “...12 nəfərlə qalmışdım, onların qabağında baş əyirəm...” fikirlərini eşitdirməməliyik. Bununla nə sən, nə mən, nə də AZƏRBAYCAN heç bir qazanc əldə etməyəcək. Bununla sadəcə ....
 Ən son qazancımız və Millimizin durumu isə budur: Finlandiyanı 1:0 məğlub etdik. Polşa ilə 65 dəqiqə qalib qismində mübarizə apardıq.....Davamı var! Mütləq var! Sadəcə inam, istək və dəstək olmaq lazımdır! Səbrli olsaq bu Milli ilə daha böyük uğurun yox, uğurların sevincini bölüşəcəyik !

Paylaş

// pop up