UEFA 2016 müəyyənləşdi

19 Sen 2013
UEFA 2016 müəyyənləşdi
UEFA 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin keçirilmə sistemini müəyyənləşdirib.
Fransada keçiriləcək Avro-2016-nın final mərhələsində 24 yığma iştirak edəcək.
Seçmə mərhələsində 54 yığma hərəsində 6 komanda olmaqla 9 qrupa səpələnəcək. Bununla da onlar final mərhələsinə 23 vəsiqə uğrunda mübarizə aparacaqlar.
Final mərhələsinə birbaşa vəsiqə qazanmış, turnirin ev sahibi olan Fransa seçmə qrupların birində komandalarla təsnifata daxil olmayan görüşlər keçirəcək. Qruplarda ilk iki yeri tutan yığma komandalar birbaşa final mərhələsində iştirak imkanı əldə edəcək. Onlara bütün qruplar üzrə ən yaxşı nəticə ilə üçüncü yeri tutan komanda qoşulacaq. Üçüncü yerləri tutmuş digər 8 komanda isə yerdə qalan 4 vəsiqə uğrunda pley-off matçlarına çıxacaqlar.