UEFA AĞDAM KLUBUNU CƏRİMƏLƏDİ (FUTBOL+QOL, 09.09.2006)

single-news
9 Sen 2006

UEFA AĞDAM KLUBUNU CƏRİMƏLƏDİ (FUTBOL+QOL, 09.09.2006)



Dünən UEFA-nın Nizam İntizam Komitəsi analoji turnir çərçivəsində keçirilən "Qarabağ" - "Zimbru" oyunu ilə bağlı qərar çıxarıb. NİK-in qərarına əsasən, Ağdam Klubu 8 min isveçrə frankı məbləğində cərimələnib. Qurumun iddiasına görə, "Şəfa" stadionunda keçirilən matç zamanı meydançaya yad əşyalar atılıb. Xüsusilə moldovonlar ikinci qolu vurarkən qazona bir neçə plastik butulka atılıb. Üstəlik, rəqibin ünvanına xoşagəlməz şüarlar səsləndirilib. Lakin "Qarabağ" bununla bağlı attestasiya şikayəti vermək fikrində deyil. Dünən bu barədə qəzetimizə açıqlama verən klubun mətbuat katibi Asif Əsgərov bildirdi ki, rəhbərliyin belə bir niyyəti yoxdur. Çünki, UEFA-nın məsələyə yenidən baxıb, "Qarabağ"ın xeyrınə dəyişdirəcəyi az inandırıcıdır. Belə baxanda klubun düzgün mövqe tutduğunu təstiqləməliyik. Onsuz da, Avropa futbol təşkilatının geri çəkiləcəyi real görünmür. Hələ bir Appelyasiya Komitəsinə müraciət edilməsi də əlavə xərc deməkdir. UEFA-nın kriteriyalarına görə, belə hallarda klub qurumun büdcəsinə müəyyən vəsait keçirməlidir. Pul cəzasını unudan "Qarabağ" indi "Neftçi" ilə qarşıdakı çempionat oyununu hədəfləyir. Asif bəy bizə bir xoş xəbər çatdırdı. Onun sözlərinə görə, komanda "Neftçi" ilə oyuna zədəlilərsiz çıxacaq. Belə ki, artıq Elmir Xankişiyev də heyətə qoşulub. Ürəyindəki ağrılar üzündən bir müddət məşqlərə qatılmayan yarımmüdafiəçi sağalıb.

Paylaş