UEFA KUBOKU, 1/4 FINAL: "ZENIT"IN İSPANİYA SƏRGÜZƏŞTLƏRİ...
31 Mar 2006
UEFA KUBOKU, 1/4 FINAL: "ZENIT"IN İSPANİYA SƏRGÜZƏŞTLƏRİ...
1/4 final mərhələsinin ilkin oyunları ilə UEFA Kuboku da özünün əsas bölümünə start verdi...
Rusiya "Zenit"i qrup mərhələsində qarşılaşmış olduğu İspaniya "Sevilya"sı ilə bu dəfə 1/4 finalda üz-üzə gəlməli oldu. İlk hissədə buraxmış olduğu qola hissənin sonunda Kerjakovla cavab verən Rusiyalılar ikinci hissədə ispan cəzasına məruz qaldılar. Daha üç dəfə topu qapılarıda görən "Zenit" 1:4-lük məğlubiyyətin əvəzini çətin ki, cavab qarşılaşmasında çıxa bilsinlər...
İsveçrənin "Bazel" klubu isə 43 və 45-ci dəqiqələrdə vurduğu qollarla "Midlsboro" üzərində 2:0 qələbə qazandılar..
Bolqarıstan "Levski"si isə 1/4 final mərhələsinə elə ilk görüşdə əlvida dedi. Öz meydançasında "Şalke-04"dən 1:3-lük zərbə alan bolqarların cavab qarşılaşmasında bunun əvəzini çıxa biləcəyi inandırıcı görsənmir...
1/4 finalın rumın cütlüyündə isə "Rapid" "Styaua" ilə yarımfinala hansı rumın klubunun çıxacağını aydınlaşdırmalı idilər.Lakin onlar hər şeyi ikinci oyuna saxladılar. İlk görüşdə yerli klublar sülhə üstünlük verdilər: 1-1.