UEFA KUBOKU: "BAKI" SON ANDA BÜDRƏDİ...
29 İyl 2005
UEFA KUBOKU: "BAKI" SON ANDA BÜDRƏDİ...
Digər UEFA kubokundakı rəqibimiz isə "Bakı" Futbol Klubu idi. İlk oyunda 1:0-lıq üstünlüyümüzü rəqib meydanında da qorumalı idi.
Matçda ilk topu "Jilina" açdı. Pavol Straka matçın 7-ci dəqiqəsində erkən qola imza atdı. Mariann Çişovski isə ilk hissənin hesabını müəyyənləşdirdi : 2:0.
İkinci hissənin 25-ci, matçın 70-ci dəqiqəsində Ştoltsers hesab arasındakı fərqi azaldaraq, "Bakı"nı ümidləndirdi. Bu hesab azəri klubuna növbəti mərhələ üçün kifayət idi. Bundan sonra meydan sahibləri irəli atıldılar. 80-cı dəqiqədə Stanislav Şestak Rauf Mehdiyevlə üz üzə qalsa da, qapıçı əla reaksiya göstərərək zərbəni dəf etdi. Lakin 5 dəqiqə sonra "Jilina" öz istəyinə çatdı. Branislav Labant növbəti mərhələnin vəsiqəsini klubuna qazandırdı. 3:1, iki oyunun nəticəsinə görə 3:2 və slovak klubu növbəti mərhələdə...
Digər oyunlar belə nəticələnmişdir:
MTZ-RIPO 1-2 Ferencváros
Domzale 3-0 Domagnano
Ventspils 2-1* Linfield
MyPa 1-0 TVMK
Atlantas 3-2* Rhyl
Dacia 1-0 Vaduz
B36 2-1 ÍBV
Pétange 1-1 Allianssi
Flora 0-6 EfB
Metalurgs 3-0 NSÍ
Viking 1-0 Portadown
Lokomotivi Tbilisi 0-2 Banants
Keflavik 2-0 Etzella
Carmarthen 5-1 Longford
Cork 0-1 Ekranas
MIKA 0-0 Mainz
Lenkoran 1-2 Nistru
BATE 5-0 Torpedo Kutaisi
Vardar 0-0* Elbasan
Zepce 1-1 Baskimi
APOEL 4-0 Birkirkara
Rapid 5-0 Sant Julià
Široki Brijeg 3-0 Teuta
Hibernians 0-3 Omonia