UEFA KUBOKU: "BEŞİKTAŞ" QƏLƏBƏ QAZANSA DA. . .

single-news
15 Dek 2005

UEFA KUBOKU: "BEŞİKTAŞ" QƏLƏBƏ QAZANSA DA. . .



Dünən axşam saatlarında UEFA kubokunun qrup turnirində sonuncu - 5-ci turun oyunları start götürdü. Azərbaycan azarkeşlərinin də maraqla gözlədiyi qarşılaşma Portuqaliyada keçirilirdi. Yerli "Gimaraeş" "Beşiktaş"ı qəbul edirdi. Eyni zamanda "Sevilya" "Bolton" matçı da önəmli idi. Çünki, "Sevilya"nin qalib gəlməyəcəyi təqdirdə, "Beşiktaş" matçının nəticəsi heç bir önəm kəsb etməyəcəkdi... Elə də oldu. "Beşiktaş" səfərdən 361-lik qələbə ilə qayıtsa da, "Sevilya" "Bolton"la sülh bağladı: 1-1. Belədə, "Bolton" 6 -cı xalını toplayaraq, "Sevilya" və "Zenit"lə birgə növbəti mərhələyə adını yazdı. "Beşiktaş" isə... Dünən keçirilən digər oyunların nəticələri ilə tanış olun: Roma 3-1 Basel Strasbourg 2-2 Crvena Zvezda Marseille 2-1 Dinamo Bucuresti Heerenveen 2-1 Levski Stuttgart 2-1 Rapid Bucuresti PAOK 5-1 Rennes Bolton 1-1 Sevilla Turun qalan oyunları bu gün keçiriləcək.

Paylaş

// pop up