UEFA KUBOKU: BİR ADDIMLIQDA ƏLVİDA ! ! !

single-news
27 İyl 2006

UEFA KUBOKU: BİR ADDIMLIQDA ƏLVİDA ! ! !



Bu gün UEFA Kuboku İlkin təsnifat Mərhələsinin cavab oyunları keçirildi. "Şəfa" stadionunda "Qarabağ" Moldova "Zimbru"sunu qəbul etdi... İlk oyunun 1:1 nəticələnməsi səbəbindən hər bir azarkeş "Qarabağ"ı daha şanslı sayırdı. Bu səbəbdən də stadionda komandanı minlərlə azarkeş dəstəkləyirdi.Yüksək səviyyədə təşkilatçılıq oyuna marağı bir qədər də artırırdi.. ...Oyun qarşılıqlı hücumlarla başladı. Lakin tədricən üstünlüyü ələ alan "Qarabağ" hissənin ilk yarısında hesabı açdı. Romal Hüseynovun gözəl asmasını Samir Musayev qapıdan keçirdi - 1:0. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissədə isə əsas heyətin bir neçə futbolçusunun heyətdə olmaması öz sözünü deməyə başladı. Müdafiədə Sokolov - Azər Məmmədov tandeminin olmaması, yanlarda Hakan Dəmir- Mübariz Orucovun yoxluğu özünü getdikcə daha qabarıq göstərməyə başladı. Bu isə özünü hesabda əks etdirdi- Hücumların birində hündürboylu Kirilovun hava topuna birinci çatması hesabı bərabərləşdirdi - 1:1. İlk oyunun da bu hesabla başa çatması əlavə vaxta eytiyac yaratdı. Fasilədə Klub Prezidentinin də futbolçuların yanına gələrək onları ruhlandırması diqqət çəkən məqamlardan idi. Lakin futbolçular bütün bunları meydana sirayət etdirə bilmədilər. Əlavə olunmuş vaxt qapımızdan daha bir topun keçməsinə səbəb oldu ki, bu da son demək idi. ... "Qarabağ" çoxlarının ümid etdiyi növbəti mərhələ şansını dəyərləndirə bilmədi...

Paylaş