UEFA KUBOKU PÜŞKATMASI: "BEŞİKTAŞ" GÜCLÜ QRUPDA. . .

single-news
5 Okt 2005

UEFA KUBOKU PÜŞKATMASI: "BEŞİKTAŞ" GÜCLÜ QRUPDA. . .



Dünən UEFA-nın İsveçrənin Nion şəhərində yerləşən mənzil-qərargahında UEFA Kubokunun püşkatması keçirilib. Reqlamentə əsasən, hər qrupda 5 komanda yarışacaq. Qruplarda ilk 3 yeri tutan klublar növbəti tura vəsiqə qazanacaqlar. Hər kollektiv 4 görüşdən ikisini öz meydanında, ikisini isə səfərdə keçirəcək. UEFA Kubokunun son qalibi - Moskva OMİK-i "F" qrupunda mübarizə aparmalı olacaq.я"Hərbçilər"in qrupdakı əsas rəqibi Fransa "Olimpik"idir. Maraqlıdır ki, oktaybrın 20-də keçiriləcək ilk turun görüşlərində məhz bu iki kollektiv Rusiya paytaxtında qarşılaşacaq. Çox güman ki, bu qrupda üçüncü yeri "Herenven" tutacaq. Rusiyanın yarışdakı digər təmsilçisi "Lokomotiv" isə "B" qrupunda mücadilə edəcək.я"Dəmiryolçular"ın əsas rəqibi İspaniyanın "Espanyol" və İtaliyanın "Palermo" klubları olacaq. Lakin "Brondbü" (Danimarka) də sürpriz edə bilər. Son seçmə mərhələdə "Qalatasaray"ı mübarizədən kənarlaşdıran Norveçin "Tromse" klubu çətin ki bu dəfə də eyni uğuru təkrarlaya bilsin. 40 klub arasında ən zəif reytinqə malik olan norveçlilər "E" qrupunda yarışacaq. Bu qrupda həmçinin turnirin əsas favoritlərindən olan İtaliyanın "Roma" klubu da yer alır.я Ümumiyyətlə, 2005/06 mövsümündə UEFA Kubokunda qrupların tərkibi belədir: "A" qrupu: "Monako" (Fransa), "Slaviya" (Çexiya), "Hamburq" (Almaniya), MOİK (Bolqarıstan), "Vikinq" (Norveç). "B" qrupu: "Lokomotiv" (Rusiya), "Espanyol" (İtaliya), "Palermo" (İtaliya), "Brondbü" (Danimarka), "Makkabi" (İsrail). "C" qrupu: "Herta" (Almaniya), "Lans" (Fransa), "Sampdoriya" (İtaliya), "Styaua" (Rumıniya), "Halmstad" (İsveç). "D" qrupu: "Alkmaar" (Niderland), "Middlsbro" (İngiltərə), "Dnepr" (Ukrayna), "Qrashoppers" (İsveçrə), "Liteks" (Bolqarıstan). "E" qrupu: "Roma" (İtaliya), "Bazel" (İsveçrə), "Srvena Zvezda" (Serbiya və Çernoqoriya), "Strasbur" (Fransa), "Tromse" (Norveç). "F" qrupu: OMİK (Rusiya), "Olimpik" (Fransa), "Herenven" (Niderland), "Levski" (Bolqarıstan), "Dinamo" (Rumıniya). "G" qrupu: "Ştutqart" (Almaniya), PAOK (Yunanıstan), "Şaxtyor" (Ukrayna), "Renn" (Fransa), "Rapid" (Rumıniya). "H" qrupu: "Beşiktaş" (Türkiyə), "Sevilya" (İspaniya), "Bolton" (İngiltərə), "Zenit" (Rusiya), "Gimaraeş" (Portuqaliya).

Paylaş

// pop up