UEFA KUBOKU: YARIMFİNALÇILAR MƏLUM OLDU
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/425.jpg)
15 Apr 2005
UEFA KUBOKU: YARIMFİNALÇILAR MƏLUM OLDU
"OSER" - " MOİK" 2:0
Rusiya "MOİK"i növbəti mərhələni evdə vurduğu 4 qolla təmin etmişdir.Amma Oserdə yerli klub yetərincə "MOİK"ə həyəcanlı anlar yaşada bildi. İki top buraxmasına baxmayaraq, "MOİK" UEFA kubokunun yarımfinalına çıxaraq, iddiasını davam etdirir.
"PARMA" - "AUSTRİYA" 0:0
Bu matçda "Parma" öz gözəl oyunu ilə yarımfinalı özünə təmin etdi. Oyun heç-heçə başa çatsa da, "Parma" bir neçə qol imkanlarını qaçırtdi..."Parma"nın rəqibi "MOİK" olacaq.
"SPORTİNQ" - "NYUKASL" 4:1
Portuqaliya klubu İngilis "Nyukasl"ına 4 qol vuraraq öz meydançası olan "Joze Alvalado"da oynanacaq UEFA Final matçına bir qədər də yaxınlaşdı...
"ALKMAAR" - "VİLYAREAL" 1:1
"Alkmaar" öz meydanında heç-heçə etməsinə heç təəssüflənmədi. Çünki hər şey ilk oyunda- İspaniya da həll olunmuşdur. Qələbəyə bərabər heç-heçə və Hollandiya komandası da yarımfinaldadır...