UEFA KUBOKUNUN SAHİBİ - "SEVİLYA" ! ! !
11 May 2006
UEFA KUBOKUNUN SAHİBİ - "SEVİLYA" ! ! !
"MİDLSBORO" 0 - 4 "SEVİLYA"
Oyun başlanmamışdan əvvəl heç kim final oyununun bu hesabla başa çatacağını proqnozlaşdıra bilməzdi. Lakin Hollandiyanın Eyndhoven şəhərində "Sevilya" İngilis klubunu qol yağışına tutmaqla inanılmazı reallığa çevirdi....
Darmadağına 27-ci dəqiqədə Luis Fabian start verdi. İlk hissənin bu hesabla başa çatması ikinci hissənin daha maraqlı xarakter alacağından xəbər verirdi. Lakin 78 və 84-cü dəqiqələrdə Mareskanın bir-birindən gözəl iki qolu İspanların qələbəsinə heç kimdə şübhə yeri qoymadı. 89-cu dəqiqədə isə Kanut hesabı 4:0 etməklə darmadağına son qoydu.
Beləliklə "Sevilya" layiq olduğu UEFA kubokunu İspaniyaya aparmaqla tarixində şərəf səhifəsinə birini də əlavə etdi.