UEFA "QARABAĞ"A CƏZA KƏSDİ (FUTBOL+, 07.09.2006)

single-news
7 Sen 2006

UEFA "QARABAĞ"A CƏZA KƏSDİ (FUTBOL+, 07.09.2006)



Bir müddət əvvəl "Zimbru"yla ev matçı ərəfəsində favorit saydığımız "Qarabağ"ın "Şəfa" stadionundakı yenilgisi hələ də unudulmayıb. Özü də həmin oyunu təkcə üçmidləri heçə endirilən bizlər yox, UEFA da unutmayıb. Avropa futbolunun başbilənləri daha çox narazı qalan azarkeşlərin meydana kənar əşyalar atmasını yadında saxlayıb. Xatırladaq ki, həmin qarşılaşmada vəziyyət o həddə çatmışdı ki, stadionun diktoru da azarkeşlərdən "butulka yağışı"nı dayandırmağı xahiş etmişdi. Belə hallarda isə qazanan UEFA-nın xəzinəsi olur. Qurumun Nizam-İntizam Komitəsi azarkeşlərinin həmin hərəkətlərinə görə Ağdam klubunu cəzalandırmağı lazım bilib. İndi təmsilçimiz UEFA -ya 8 min İsveçrə frankı ödəməli ödəməli olacaq.

Paylaş