UEFA QRUP MƏRHƏLƏSİNİN PÜŞKÜ ATILDI...
4 Okt 2006
UEFA QRUP MƏRHƏLƏSİNİN PÜŞKÜ ATILDI...
İsveçrənin Nion şəhərində UEFA qrup mərhələsinin püşkü atıldı. 32 komandanın mübarizə aparacağı qruplar 8 yerə bölündü. Hər qrupda iki yer növbəti mərhələyə vəsiqəni təmin edəcək...
Türkiyə klublarından "Beşiktaş" "B" qrupunda Almaniya "Bayer"i , "Belçika "Brüqqe"si və Ruminya "Dinamo"su və İngiltərə "Tottenhem"i ilə bir qrupda mübarizə aracaq.
"Fənərbaxça" isə daha çətin qrupda növbəti mərhələ şansını sınayacaq. Belə ki, "H" qrupunda "Nyukasl (İngiltərə), "Palermo" (İtaliya), "Selta" (İspaniya) və "Ayntraxt" (Almaniya) klubları yer almışlar.
Digər qruplarda yarışacaq komandalr ilə tanış olun:
A qrupu:
Oser (Fransa), Rangers(Şotlandiya), Partizan(Serbiya), Livorno (İtaliya), Makkabi (İsrail).
C qrupu: Sevilya (İspaniya), AZ (Hollandiya), Slovan (Çexiya), Braqa (Portuqaliya), Qrasshoppers (İsveçrə).
D qrupu:
Parma (İtaliya), Lans (Fransa), Osasuna(İspaniya), Herenveen (Hollandiya), Odense (Danimarka).
E qrupu:
Feyenord (Hollandiya), Bazel (isveçrə), Visla Krakov (Polşa), Blakbern (İngiltərə), Nansi (Fransa).
F qrupu:
Ayaks (Hollandiya), Sparta (Çexiya), Espanyol (İspaniya), Zulte Vereqem (Belçika), Austriya ( Avstriya).
G qrupu:
Panatinaikos (Yunanıstan), PSJ (Fransa), Rapid (Ruminya), Mlada (Çexiya), Hapoel (İsrail).