UEFA:`Qarabağ`ın dönüşü və inamı..
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
UEFA:`Qarabağ`ın dönüşü və inamı..
`Qarabağ`ımız uğurları UEFA-nın da diqqətini cəlb edir. Avropanın ali futbol qurumu bu gün manşetini `Qarabağ`a ayırıb. UEFA rəsmi saytında yer almış məqalədə `Qarabağ`ımızın Avroliqa sərgüzəştlərindən bəhs edilib.
`Qarabağ`ımızın son 2 ildə uğurlarından bəhs edən yazıda `Qarabağ`ın `Rusenborq`, Visla` kimi rəqibləri sıradan çxardığını amma sonda `Tvente` və `Borussiya` kimi nəhənglərə məğlub olduğunu yazıb. `Qarabağ`ın 13 qat Belçika çempionu önündə qrup mərhələsi hədəfiylə mübarizəyə çıxacağı bildirilib. Klubumuzun vitse prezidenti Tahir Gözelin də fikirləri UEFA-nın saytında yer alıb:``Qarabağ`a olan sonsuz inam qarşılığında `Qarabağ` bu il qrupa düşməlidir. Mən komandama inanıram və bu bizim əsas məqsədimizdir.`
`Qarabağ`ımızın yarımmüdafiəçisi Namiq Yusifovun da fikirləri saytda yer alıb. Namiq `Streymur`la oyunun rəqibin müdafiəyə qapılmasıyla çətin keçdiyini etiraf edib.
`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovun gənc istedadlara şans verməsi xüsusi vurğulanıb. Onun Azərbaycan millisinin bombardiri olması qeyd olunub.
Sayt eyni zamanda `Qarabağ`ımızın Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburən Bakıda məskunlaşmasını da yazıb.
UEFA-nın rəsmi saytındakı yazı
http://www.uefa.com/uefaeuropaleague/news/newsid=1653402.html