Uğur Kulaksız uşaq futbolunun rəhbəri təyin edilmişdir
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
19 Okt 2011
Uğur Kulaksız uşaq futbolunun rəhbəri təyin edilmişdir
`Qarabağ`ımızın uşaq futbolunun idarə sistemində dəyişiklik baş vermişdir. Artıq 2 ildir `Qarabağ` uşaq futboluna nəzarət edən Hemdi Serpil Tüzün şəxsi problemlər səbəbindən vəzifəsindən ayrılmışdır. Tüzün bəyin yerinə uşaq futbolunun inkişafına rəhbər olaraq Uğur Kulaksız təyin edilmişdir. `Kayserispor`un əfsanələrindən sayılan, `sarı-qırmızı`ların uşaq futbolunun inkişafında böyük rol oynayan Uğur hoca artıq `Qarabağ` uşaq futbolunun inkişafı üçün çalışacaq. Uğur bəyin hədəfləri üçün qısaca danışıb:``Qarabağ` kimi camiədə çalışmaq qürurvericidir. Çalışacam ki, `Qarabağ` ruhuna uyğun olaraq əlimdən gələnin ən yaxşısını edim.`