UĞURLU RƏQİB, SERİYAYA DAVAM

single-news
29 Sen 2007

UĞURLU RƏQİB, SERİYAYA DAVAM



“Gənclərbirliyi” daim “Qarabağ” üçün uğurlu rəqib sayılıb. Sumqayıtlılar elitadakı keçirdiyi 3 mövsümdə, 6 dəfə “Qarabağ”a tuş gəlib. Və klubumuz bir qayda olaraq görüşlərdən qələbə ilə ayrılıb. 5 dəfə rəqibi yenib, cəmi 1 dəfə gənclər 1 xal qazana bilib. Qol fərqi də komandamızın xeyrinədir. 6 qarşılaşmada “Gənclərbirliyi” cəmi 1 dəfə qol sevinci yaşayıbsa, futboluçularımız bundan düz 10 dəfə çox rəqibi tordan çıxarmağa məcbur edib. Ötən il keçirilən matçlara gəlincə, ilk dövrədə Suraxanıda baş tutan matçda komandamız 1:0 hesabıyla qalib gəlmişdi. Sumqayıtda baş tutan görüşdə isə, komandamız rəqibi 3 dəfə meydanın mərkəzinə dəvət etmişdilər. Qolları isə, Vaqif Cavadov (2) və Rauf Əliyev vurmuşdular.

Baş məşqçimiz Rasim Kara da matç öncəsi fikirlərini bizimlə paylaşdı:” Oyu nasan olmayacaq. “Gənclərbirliyi” “Karvan”ı yenib, “Xəzər”ə yetərincə müqavimət göstərib. Rəqibə zəif hesab etməsək daha yaxşı olar. Artıq, qələbələrimizi davam etdirmək istəyirik. Yetirmələrimi get-gedə formaya düşürlər. “Gənclər”ə qarşı “Qarabağ”ın yaxşı oynadığını bilirəm. Ümidvaram ki, bu dəfə də sevinən biz olacağıq. Yetirmələrimin bunun öhdəsindən gələcəyinə də inanıram. Bütün azarkeşlərimizi də komandalarını dəstəkləməyə çağırıram.”

Xatırladaq ki, matç 30 sentyabr saat 17:00-da Bakınov qəsəbəsindəki, İsmət Qayıbov adına stadionda keçiriləcək.

Paylaş

// pop up