UKRAYNA ÇEMPİONATI - "Şaxtyor" - çempion!

single-news
13 İyn 2005

UKRAYNA ÇEMPİONATI - "Şaxtyor" - çempion!



Dünən axşam keçirilən oyunlarla Ukrayna Çempionatında növbəti tura yekun vuruldu. Beləliklə, mövsümün sonuna bir tur qalmış çempionun adı bəlli oldu. Bu ada Ukrayna futbolu tarixində 2-ci dəfə "Şaxtyor" layiq görüldü. Səfərdə "Çernomorets" üzərində inamlı qələbə qazanan Luçeskunun yetirmələri bununla da Kiyev "Dinamo"su üçün əlçatmaz oldu. Belədə əzəli rəqiblərin çempionatın son turundakı derbisi artıq heç bir əhəmiyyət daşımayacaq. Hesabı qonaqlar açsa da, sona 20 dəqiqə qalmış Kosırin bərabərlik qolu vuranda yəqin ki, əksəriyyət donetsklilərin xal itirəcəyinə inanmağa başladı. Belədə son turdakı derbi "qızıl oyun" olacaqdı. Lakin "şaxtaçılar" bütün azarkeşlərin arzusunu gözündə qoydu. Cəmi 3 dəqiqə sonra Matuzalem yenidən qonaqları hesabda irəli çıxardı. Son dəqiqədə isə Belik fərqi artıraraq çempionluğu rəsmiləşdirdi. "Şaxtyor" rumın çalışdırıcısı Mirça Luçesku isə "Beşiktaş"ın ardından Ukraynada da ilk ilindəcə çempionluq sevinci yaşadı. Hesabat turunda "Dinamo" da inamlı qələbə qazandı. Lakin donestklilərdən fərqli kiyevlilərə qələbə heç nə vermədi. 29-cu tur Çernomorets - Şaxtyor 1:3 Kosırin, 69 - Stoykan, 21. Matuzalem, 73. Belik, 90. Dinamo K - Zakarpatye 3:0 Çernat, 23. Da Kosta, 31. Leko, 60. Metallurq D - Metallist 3:1 Babanqida, 47. Mendosa, 61. Ture, 74 - Seleznyov, 76-öz qapısına. Dnepr - Krivbass 2:1 Melaşenko, 68; 74 - Adiyev, 31-p. Vorskla-Nefteqaz - Obolon 2:1 Çiçikov, 24. Rebenok, 47 - Tereşenko, 84. İliçevets - Volın 1:0 Qribanov, 82. Metallurq Z - Tavriya 1:2 Popov, 45 - Edmar, 29. Kornyev, 65. Borisfen - Arsenal 0:1 Babiç, 45. 1. Şaxtyor 29 25 2 2 60-17 77 2. Dinamo 29 23 4 2 56-11 73 3. Metallurq D 29 14 6 9 37-34 48 ...

Paylaş