`Ultraslan-Azərbaycan` `Qarabağ`a bir daha dəstək oldu. Fotolar

single-news
21 İyl 2010

`Ultraslan-Azərbaycan` `Qarabağ`a bir daha dəstək oldu. Fotolar



`Qarabağ`ımızın son iki ildə Avrokuboklarda Azərbaycanı uğurla təmsil etməsi xalqımızın diqqətindən kənarda qalmır. Daim Avrokuboklarda komandalarımızın yanında olan, çılğın dəstəkli, ölkənin ən böyük fanat ordusuna malik `Ultraslan-Azərbaycan` dərnəyi bur daha `Qarabağ`ın yanında olduğu göstərib. Belə ki, Avropa Liqasının oyunu öncəsi komandaya dəstək vermək üçün Ceyhun Əzizlinin başçılıq etdiyi `cim-bom` azarkeşləri 50 nəfərlik heyətlə `Qarabağ`lılar görüşüb. `Qarabağ`ı qaldığı otelin qarşısında alqış və şüarla qarşılayan `Ultraslan` üzvləri futbolçularla görüşüb. Dərnəyin prezidenti Ceyhun Əzizli komandamızın çalışdırcısı Qurban Qurbanova `Qarabağ` üçün hazırlanmış xüsusi plakat təqdim etdi.  Komandamızın forvardı Georgi Adamiyaya isə gül dəstəsi verildi. Ardınca isə fan-klub tərəfindən gətirilmiş Azərbaycan millisinin forması ilk olaraq komandamızın çalışdırıcısı Qurban Qurbanov tərəfindən imzalandı. Ceyhun bəy niyə məhz Azərbaycan millisinin formasının seçməsinə belə aydınlıq gətirdi:`Biz bura imzalamaq üçün azarkeşi olduğumuz `Qalatasaray` və ya `Qarabağ`ın formasını gətirə bilərdik. Amma `Qarabağ`ın Avrokuboklarda Azərbaycanı qürurla təmsil etdiyi üçün bizim də fəxrimiz çevrilib. Ona görə də `Qarabağ` bizim üçün Azərbaycan deməkdir. Məhz bu səbəbdən komandanın imzalaması üçün milli formanı gətirmişik.`
Görüş xatirə şəkilləri ilə yekunlaşdı.
Görüşdən şəkillərə FOTOQALEREYA bölümündə baxa bilərsiniz...

 

Paylaş

// pop up