Ultraslan-Azərbaycan:Hamı stadiona: Dəstək bizdən, qələbə `Qarabağ`dan!

single-news
23 Avq 2010

Ultraslan-Azərbaycan:Hamı stadiona: Dəstək bizdən, qələbə `Qarabağ`dan!



Daim Azərbaycanımızla bağlı bütün tədbirlərdə nümayiş etdirdikləri vətənpərvərlik duyğuları ən xoş sözlərə layiq olan `Ultraslan-Azərbaycan` dərnəyi `Qarabağ` - `Borussiya` (Dortmund) oyunqabağı bəyənat yayıb. Bəyənatı olduğu kimi diqqətinizə çatdırırıq.

"Qarabağ" tarixi oyuna çıxır. Qısa bir zamanda Avropada özündən söz etdirən komandamız müstəqillik tariximizdə ən böyük və ən məşhur komandanı Bakıya gətirir. "Qarabağ"ın uğurlu çıxışının nəticəsidir ki, avqustun 26-da dəfələrlə Almaniya çempionu olmuş, ölkə kubokunu və Super Kubokunu başı üzərinə qaldırmış, Avropa Kubok Qalibləri Kubokunun və Çempionlar Kubokunu qazanmış Dortmund "Borussiya"sı azərbaycanlı azarkeşlərin önündə oynayacaq.
Düzdü, "Qarabağ" Almaniyada rəqibinə 0:4 hesabı ilə məğlub olub. Artıq mərhələ adlamaq mümkün görünmür. Ən azından heç kim buna inanmır. Amma mümkünsüz heç nə yoxdu. Hərdən futbolda da möcüzələr olur. Bir də ki, ümid həmişə sonda ölür.
"Qarabağ" mərhələ adlamasa belə, bu komanda artıq azarkeşlərin ürəyində taxt qura bilib. Azərbaycan azarkeşinə yalnız sevinc bəxş edən "Qarabağ"ımızı Avropa arenasından şərəflə yola salmaq hamımızın borcudur. "Qarabağ" Avropanı adınalayiq şəkildə tərk etmək üçün Bakıda qələbə qazanmalıdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün hər birimizin üzərinə bir vəzifə düşür: Nəticədən aslı olmayaraq, "Qarabağ"ımıza sona qədər dəstək olmalı, Qurban Qurbanov və yetirmələrinin haqqını qaytarmalıyıq.
Həmişə olduğu kimi bütün futbolsevərləri avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"a dəstək olmağa çağırırıq. Dəstək bizdən, qələbə "Qarabağ"dan!

"UltrAslan-Azərbaycan" dərnəyi

Paylaş

// pop up