“ultrAslanlar" Azərbaycanı sarı-qırmızıya boyadı (het-trik, 07.07.2006)

single-news
7 İyl 2006

“ultrAslanlar" Azərbaycanı sarı-qırmızıya boyadı (het-trik, 07.07.2006)



ONLAR "QARABAĞ"IN OYUNUNA HAZIRLAŞIR Dünya çempionatı həyəcanı yaşandığı bir vaxtda Türkiyədə baş verən bayraq qalmaqalını yəqin ki, xatırlayırsız. Məlumatı olmayanların nəzərə çatdıraq ki, "Qalatasaray"ın çempionluğun rəmzi olaraq İstanbulun Boğaziçi körpüsünə asdığı bayraq "Fənərbaxça"lılar tərəfindən dəfələrlə endirilməsinə baxmayaraq yenidən dalğalandırılmışdı. Bundan sonra bütün dünyadakı "Qalatasaray"lılar sevimli klublarının bayraqlarını yaşadıqları şəhərin görməli yerlərindən asmağa başlayıb. Baş verənlərdən kənarda qalmayan azərbaycanlı "aslanlar" - "ultrAslan-AZƏRBAYCAN" fan-qrupu isə ölkəmizdə bayraq hərəkatına başlayıb. Azərbaycanlı fanatların bu fəallığı "Qalatasaray"ın rəsmi saytında da öz əksini tapıb. "Azərbaycanın hər tərəfinə sarı-qırmızı bayraqlar asıb çempionluğumuzu unutdurmaq istəyənlərə cavab veririk" deyən qrup liderlərindən Ceyhun Əzizov eyni zamanda klubun başlatdığı "Bayraklar Fora!" kampaniyasına qoşulduqlarını bildirir: "Bakının ən tanınmış yerlərinə "Cim-Bom"un bayrağını asaraq buradakı azarkeş üstünlüyümüzü göstəririk. Artıq Gəncədəki nümayəndəliyimiz də oranı sarı-qırmızıya boyayıb. "Qalatasaray" sevgisinin qarşısını heç kim ala bilməz. Biz eyni zamanda fanat mədəniyyətini təbliğ edirik". Artıq bir çox mərkəzi şəhərlərdə təmsilçiliklərinin olduqlarını bildirən Ceyhun qarşıdakı mövsümdə daha böyük layihələr həyata keçirəcəklərini deyir: "Bildiyiniz kimi, millimizin bütün oyunlarında tribunadakı yerimizi alıb əlimizdən gələni edirik. Güclülər dəstəsinin heç bir oyununda toplu şəkildə iştirak etməsək də, klublarımıza da dəstəyi əsirgəmirik. Bu il keçiriləcək bütün avrokubok oyunlarında hər bir klubumuza dəstək verəcəyik. Xüsusi ilə də "Qarabağ"a. "Xüsusi ilə" deməyimin səbəbi bu adın bizə nə qədər yaxın olmasından irəli gəlir. Məqsəd "Qarabağ"ı dünya arenasına çıxarmaqdısa, öhdəmizi yerinə yetirəcəyik. Artıq klubla danışıqlar aparırıq. Onların da köməyi ilə tribunuları dolduracağıq. Bu artıq milli davadır. Eyni zamanda, beynəlxalq turnirlərdə çıxış edən komandalarımız da. Onlar bizə şərait yaratmasa belə, tribunada olacağıq".

Paylaş