UNUDULMAZ AĞDAM... (Futbol +, 30 dekabr)

single-news
30 Dek 2004

UNUDULMAZ AĞDAM... (Futbol +, 30 dekabr)



11 ildi ağdamsız yaşayır "Qarabağ". Həm ağrılıdı, həm də acı.Qəlbində nisgil olub bu klubu yaşadanların bir də unutqanlığa qapılmaq qorxusu. Köçkün komanda dağılmaq təhlükəsiylə az üzləşməyib.Elə olub ki, sabaha çıxacağıa ümidsiz görünüb.Amma zamanın hər cür fırtınasına sinə gərə-gərə geridə qoyub 11 illik zaman kəsiyini.Bu günə də şükür. Ağdamın bəlkə də son nişanəsini qoruya bilməsəydik, başıaşağı alacaqdır ermənilərin yanında.Necə ki həmin torpaqları geri qaytarmamaq utanc gətirir bizlərə. Dekabrın 27-də səfərə çıxmaq təklifi gələn kimi qəbul etdim.Olmamışdım Ağdamda. Amma dedim heç olmasa, erməniyə verməyə macal tapmadığımız bir neçə kəndi ziyarət edərəm.Kim bilir, bəlkə bir daha əlimə belə imkan düşməyəcəkdir. İstəmədim uzun illər kiminsə söyləyəcəyi xatirələrin hərarətinə qızınım. Özüm görmək istəyirdim Ağdamı. "Mersedes" işə yaramadı. Az qala bizi Ağdama aparacaq "Mersedes" markalı avtobusa gecikəcəkdim. Sağ olsunlar ki, məni təxminən yarımsaat gözlədilər.Avtobusda "Qarabağ"dan yalnız mətbuat xidmətinin rəhbəri Asif Əsgərovla məşqçilər gözə dəyirdi. Amma biz hacıqabulun Qarasu kəndinə çatanda vitse- prezident Tahir Gözəllə icraçı direktor Əmrah Çəlikel də özünü "Mersedes"ə yetirdi. Tahir bəyin sevincinin həddi- hüdudu yox idi.Deyirdi ki, bu qədər jurnalistin bizə mənəvi dəstək verəcəyini gözləməzdim. Yeri gəlmişkən, "Mersedes" işə yaramadı.Hələ Ağdaşın Ləki kəndinə yaxın ərazidə üzə çıxdı ki, avtobus uzun yolu qət etmək iqtidarında deyil.Birtəhər özümüzü Yevlaxa yetirdik. Bundan sonra isə başqa nəqliyyat vasitəsinin xidmətinə müraciət etməkdən başqa çarəmiz qalmadı. Susuz dəyirman. Bərdəyə daxil olduq.Artıq Ağdamın kəndlərinə çox qalmayıb.Köçkünlərin çadır şəhərciklərinə sinəsində yer alan Bərdə yetərincə böyük şəhərdir. Yenicə istifadəyə verilən Bərdə Olimpiya İdman Kompleksi isə ümumi mənzərəyə özünəməxsus rəng qatır. Nə yazıq ki, belə tikili yerli camaata lazımi səmərə vermir. Hər halda, havanın qaralmasına hələ çox qalsa da, kompleksin həyətində adam gözə dəymirdi. Qonaqpərvərlik. Artıq 16.01 -də Üçoğlanda idik. Sonradan öyrəndim ki, sən demə, kənd camaatı bizləri təxminən dörd saata yaxındı gözləyirmiş.Ümumiyyətlə, yerli əhali çox mehriban və qonaqpərvərdir.Yetərincə yaxşı qayğı ilə əhatə olunmuşduq.Bayram əhval- ruhiyəsinin yaranması üçün Üçoğlan camaatıyla yanaşı, bir neçə gün əvvəl bura təşrif buyuran "Qarabağ"ın bəzi nümayəndələri də az əziyyət çəkməmişdi.Əvvəlcə müəyyən tədbir düzənləndi.Oyun oldu. Oyundan sonra kənd məktəbinin stadionunda yaşayanları görməyə dəyərdi. Tahir bəy şəxsən özü Ağdamın müxtəlif kəndlərindən Üçoğlana təşrif buyuranlara 500 top və 500 formanın paylanmasında iştirak etdi. Ümumiyyətlə, "Qarabağ" rəhbərliyinin atdığı addımı yalnız alqışlamaq olar. Təsəvvür edin ki, həmin gün təkcə Üçoğlanda yox, ətraf kəndlərdə yox, ətraf kəndlərdə də hansı ab-hava hökm sürürdü. Ayrılıq olmayaydı. Stadionu hava qaralana yaxın tərk etdik. Camaat hələ evlərinə dağılışmamışdı.İnsanların çöhrəsində təbəssümü sezmək çətin deyildi. Yalnız bir yaşlı qadın narahat görünürdü. Oğluna top çatmamışdı. Amma tezliklə Çəlikel onun da arzusunu gözündə qoymadı. Ayrılmaq istəmirdim Ağdamdan. Xeyli şəhərə tərəf boylandım. "İmarət"i görmək istəyirdim. Olmadı. Yalnız ermənilərlə üzə-üzə qalan Əhmədağalının köhnə evləri nəzərə çarpırdı.

Paylaş