Uruqvay rekord sayda

single-news
25 İyl 2011

Uruqvay rekord sayda



43-cü Amerika Kubokunun qalibi müəyyənləşib. Argentinada keçirilən turnirə yekun vurulub.
Buenos Ayresdəki `Estadio Monumental Antonio Vespucio Liberti` stadionunda keçirilən final matçında Uruqvay və Paraqvay milliləri qarşı-qarşıya gəlib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alan Uruqvay böyükhesablı qələbə qazanıb - 3:0. Hesabı 12-ci dəqiqədə `Liverpul`un forvardı Luis Suares açıb. 42-ci dəqiqədə Dieqo Forlan fərqi iki topa çatdırıb. `Atletiko`nun forvardı 90+2-ci dəqiqədə dublunu rəsmiləşdirməklə finalın yekun nəticəsini müəyyənləşdirib.
Bununla da Uruqvay tarixində 15-ci dəfə Amerika Kubokunun qalibi adını qazınb. Bundan əvvəl 1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987 və 1995-ci illərdə turnirin qalibi olan Uruqvay rekordçuya çevirilib. Uruqvaydan sonra kuboku ən çox qazanan komanda Argentinadı - 14 dəfə. Üçüncü yeri 8 kubokla Braziliya tutur.
İkinci yeri tutan tarixində 6-cı dəfə finalda uduzub. Paraqvaylılar bundan əvvəl 1922, 1929, 1947, 1949 və 1963-cü illərdə gümüş medallara sahib çıxmışdı. Ayrıca Paraqvay 1953 və 1979-cu illərdə yarışın qalibi adını qazanıb.
Amerika Kuboku
Argentina
Final
Urvuqvay - Paraqvay 3:0
Uruqvay: 1. Fernando Muslera, 16. Maksimiliano Pereyra, 4. Sebastian Koates, 2. Dieqo Luqano, 22. Martin Kakeres (3. Dieqo Qodin, 89), 20. Alvaro Qonzales, 17. Egidio Arevalo, 15. Dieqo Peres (8. Sebastian Eguren, 70), 11. Alvaro Pereyra (21. Edison Kavani, 64), 10. Dieqo Forlan, 9. Luiz Suares.
Baş məşqçi: Vaşinqton Tabares.
Paraqvay: 1. Justo Villar, 3. İvan Piris, 2. Dario Veron, 14. Paulo da Silva, 4. Elvis Marekos, 13. Enrike Vera (23. Hernan Peres, 65), 20. Nestor Ortiqoza, 16. Kristian Riveros, 15. Viktor Kakeres (21. Marselo Estigarribia, 65), 7. Pablo Zeballos (19. Lukas Barrios, 77), 18. Nelson Valdes.
Baş məşqçi: Cerardo Martino.
Qollar: Luis Suares, 12. Dieqo Forlan, 42; 90+2.
Sarı vərəqələr: Dieqo Peres, 24. Martin Kakeres, 25. Maksimiliano Pereyra, 30. Sebastian Koates, 86 - Viktor Kakeres, 17. Enrike Vera, 58.
Baş hakim: Salvio Faqundes (Braziliya).
Buenos Ayres. `Estadio Monumental Antonio Vespucio Liberti` stadionu.

Paylaş

// pop up