Uşaq futbolu mükafatlandırıldı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5344.jpg)
Uşaq futbolu mükafatlandırıldı
`Qarabağ` Futbol Klubu uşaq futbolunun inkişafına xüsusi diqqət yetirməkdədir. Uşaq futbolunun koordinatoru, Türkiyənin əfsanəvi məşqçisi Hemdi Serpil Tüzünün nəzarəti altında günü-gündən təkmilləşən uşaq futbolumuzda ilin yekunuyla bağlı tədbir keçirillib. `Qarabağ` FK-nın direktoru Emrah Çelikelin də qatıldığı tədbirdə əvəzedicilər, U-17, U-15, U-14, U-13 və U-11-in üzvləri mükafatlandırılıblar. Ən yaxşı oyunçu, peşəkarlığa namizəd və ən çox inkişaf nominasiyalarında hər yaş qrupu üzrə qaliblər müəyyənləşib. Nominasiyanın qalibi elan edilərkən həmin yaş qrupunun məşqçisi qalibin hansı səbələrdən dolayı seçilməsinə aydınlıq gətirdi. Sonda direktorumuz Emrah Çelikel və Həmdi Serpil Tüzün çıxış edərək uşaqlara uğur arzuladı.
Mövsüm üzrə nominantlar belədir:
Əvəzedicilər
Təmkin Xəlilzadə
Ürfan Abbasov
Şərafəddin Camalov
U - 17
Nurlan Əhmədov
Fuad Məmmədzadə
Vüqar Mövlamov
U - 15
Elvin Nəsibov
U - 14
Ruslan Hacıyev
Ramiz Rzayev
Rəşad Vəliyev
U - 13
Zaur Fərzəliyev
Arif Musayev
Kamil Akimov
U - 11
Səid Əliyev
Akif Hümbətzadə
Asim Mirzəyev