UŞAQ FUTBOLUNA SEÇMƏLƏR BAŞA ÇATDI

single-news
17 Mar 2005

UŞAQ FUTBOLUNA SEÇMƏLƏR BAŞA ÇATDI



"Qarabağ" Futbol Klubunun Azərbaycan tarixində ilk dəfə keçirdiyi "Yeniyetmə Uşaq Futbolu Müsabiqəsi" uğurla başa çatdı. 1200-ə yaxın yeniyetmənin iştirak etdiyi müsabiqədə iki tur ərzində 50-dən artıq gənc "Qarabağ" Futbol Klubunun müvafiq yaş qruplarında oynamaq hüququ qazandılar. Bu münasibətlə 16.03.2005-ci il tarixdə Müsabiqə təşkilatçıları ilə görüş keçirildi. Görüşdə "Qarabağ" Futbol Klubunun Vitse-Prezidenti Taher Gözəl, içraçı direktor Emrah Çelikel və digər "Qarabağ" rəsmiləri iştirak edirdilər. Türkiyəli Əməkdar məşqçi Hamdi Serpil Tüzün müsabiqənın nəticələri haqqında görüş iştirakçılarına ətraflı məlumat verərək, bunun Azərbaycan Futbolunun inkşafına daha da kömək edəcəyini dilə gətirdi. O, bu şəraiti yaratdığına görə, komandanın prezidenti, vitse -prezidentinə öz dərin təşəkkürünü bildirdi. Görüşdə iştirak edən Taher bəy müsabiqəni uğurla başa vurduqlarına görə, bütün əməyi olanlara öz təşəkkürünü bildirdi: "İlk növbədə, Azərbaycan Futboluna yardım etmək məqsədilə, təklifimizə hörmətlə yanaşaraq, bu gün bizlərlə olan Hamdi Serpil hocaya öz dərin təşəkkürümü bildirirəm. Ən yaxın gələcəkdə isə artıq Sərgən Yalçın, Rza Çalımbay, Ziya Doğan kimi ulduzların Azərbaycanda parlayacagına əminliklə inanıram." Görüş səmimi ab- havada başa çatdı.

Paylaş