V turun mərkəzi oyunu “Neftiİ” ilə “Gəncə” arasında olacaq (idman.azer.net)
16 Sen 2005
V turun mərkəzi oyunu “Neftiİ” ilə “Gəncə” arasında olacaq (idman.azer.net)
Sentyabrın 17-də futbol üzrə XIV ölkə çempionatının beşinci turuna start veriləcəkdir.
Həmin gün 4 oyun keçiriləcəkdir - “Bakı”-“Göyəzən” (Qazax), “Olimpik” (Bakı)-MOİK görüşləri paytaxda, “Turan” (Tovuz)-“MKT-Araz” (İmişli), “Xəzər-Lənkəran”-“Şahdağ-Samur” (Qusar) oyunları isə rayonlarda baş tutacaqdır.
Turun daha üç oyunu isə sentyabrın 18-də keçiriləcəkdir. “Gənclər birliyi” (Sumqayıt)-“İnter” (Bakı), “Karvan” (Yevlax)-“Qarabağ” (Ağdam), “Neftçi”-“Gəncə”. Xatırladaq ki, turun mərkəzi oyunu sayılan “Neftçi”-“Gəncə” görüşü Tofiq Bəhramov adına Respublika stadionunda olacaqdır.
“Neftçi” keçirdiyi 4 oyundan sonra topların sayına görə 10 xalla yarış cədvəlinə başçılıq edir. “Turan” isə eyni xalla ikinci, “Bakı” 9 xalla üçüncü pillədədir.
V turdan sonra komandalar ölkə kuboku uğrunda yarışın 1/16 final mərhələsinin ilk oyunlarına hazırlaşacaqlar. Görüşlər sentyabrın 24-25-də keçiriləcəkdir.