Vadimin qolu intriqanı saxladı (FUTBOL+, 06.03.2006)

single-news
6 Mar 2006

Vadimin qolu intriqanı saxladı (FUTBOL+, 06.03.2006)



Bu komandaların son illərə təsadüf edən qarşılaşmaları dramatikliyi ilə seçildiyindən budəfəki duellər seriyasının siftəsi də maraqla gözlənilirdi. Bəri başdan qeyd edək ki, oyun həqiqətən maraqlı alındı. “Qarabağ”ın start “11-liy”inə nəzər saldıqda xeyli dəyişiliklər gözə çarpırdı. Zədəli İraklinin yoxluğunda heyətə dönən Musayevdən başqa, serb legionerlər və zədədən dönən Həsənzadə də ilk dəqiqələrdən meydanda idi. Son matçda zəif təsir bağışlayanlardan Romal ehtiyatda qalmışdısa, Yuşka deyəsən, yoxlama oyununda vurduğu qolların sayəsində yerini qorumuşdu. Litvalı yenə toru silkələyə bildi, amma Qoqonın ötürməsindən sonra Mübarizin vurduğu topu qapı xəttinin üstündə qapamaq böyük ustalıq tələb etmirdi. Əvəzəndə Musayev komandasının ön xəttində bir nömrə olduğunu vurduğu qollarla sübut etdi. Ayrı-ayrı oyunçuların, xüsusilə də legionerlərin səviyyəsinə görə geri qalan ağdamlılar orta sahədə açıq aşkar uduzurdu. Belə vəziyyətdə əzmkarlıq və əks-hücumlar komandanın dadına çata bilərdi. Elə Samir də əvvəl cərimə meydanında ötürmə alıb soyuqqanlılıq göstərəndə və Məlikov onu tutub saxladığına görə penalti təyin olunanda da üstünlük əks tərəfdə idi. Həmin an şansı qaçırmayan Samir az keçmiş bəlkə də karyerasının ən gözəl qoluna imza atdı. İti bucaq altında 30 metrdən endirilən zərbə “doqquzluğ”a düşdü. Ölkə kubokunun sahibində Ruslan Musayevin uzun fasilədən sonra əsas heyətə dönməsi fonunda, Ladaqanın doğma sağ, Ramazanınsa əks cinaha keçməsi diqqət çəkirdi. Ehtiyatda qalan Vadimsə çətin vaxtda meydana çıxıb son nöqtəni qoya bildi. İki top fərqiylə uduzmaqla barışmayan Əsgər Abdullayevin üçüncü hücumçunu döyüşə atmasından sonla Orucovun topə əllə toxunması penaltiylə nəticələndi. Vasilyev isə belə imkandarı legioner yoldaşlarından fərqli olaraq, qaçırmır. Buvaxtadək isə 4 qol vurulmuşdu. Suraxanı qəsəbə stadionunda ardıcıl ikinci dəfə eyni nəticənin qeydə alınması bir yana, burda deyəsən, zədə kabusu da dolaşır. Hələ iki həftə əvvəl İrakli sınmışdısa, bu dəfə də dəfələrlə oyunçular meydandan kənarda həkim müdaxiləsinə ehtiyac duyurdu. İlk dəqiqələrdə bu aqibəti yaşayan Əmirbəyov fasiləyədək komandasına yardımçı olsa da, zədə onu meydandan kənar qoydu. Bu isə ciddi dəyişiliyə səəb oldu. Ladaqa libero mövqeyinə, Ramazan sağ, Ruslan isə sola keçdi. Amma ilk qol hələ fasiləyədək buraxılmışdı. Buvaxtadək azı iki dəfə topu boş qapıdan çıxaran ağdamlılar vurmayana-vurarlar deyə onları cəzalandırmışdı. Stardart vəziyyətlərdə daha təhləkəli olan bakılılar istəyinə də bu yolla çatdı. Ceyhunun cərimə zərbəsindən asmasının Peres başla tora qovuşdurdu. İkinci yarıda da daha çox hücum edən “Bakı” iki qol buraxdıqdan sonra da üstünlüyü əldən vermirdi. Vasilyevin meydana girməsi isə cavab oyunu ərəfəsində şansların bərabərləşməsiylə nəticələndi. Bu oyunuda da başqa mənada fərqlənən oldu. Oyunun protokoluna baxıb orda Qoqa Berayanı görənlər, amma onu tanımayanlar bu futbolçunun meydanda tapa bilməzdi. Belə ki, gürcü legioner sənəddə 20 nömrəylə göstərilsə də, nədənsə 21 nömrəli futbolkanı daşıyırdı. Qonaqlar bu haqda ilk yarıdan sonra protokola qeyd etsə də, futbolçu formanı dəyişmədi. Buna görə “Qarabağ”ı para cəzasının gözlədiyini ehtimal etmək olardı. Amma AFFA rəsmilərindən Məlik Həsənovla söhbətdə dəqiqləşdirdik ki, belə hallar texniki səhv kimi qiymətləndirilir. Buna görə də kodeksdə də nəzərdə tutulmayan bu qüsura hansısa cəzadan söhbət gedə bilməz. Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “Rəqibimizdən fərqli biz komandanı yeni qurmağa başlayırıq. Elə buna görə də hələ istədiyimizi görə bilmirik. İlk yarıda oyunumuz alınmadı, buna görə ikinci hissədə əks hücum taktikası seçdik. Şansları bərabər sayıram”. Novruz Əzimov, “Bakı”nın məşqçisi: “Kubok qarışlaşmalarının taleyi iki oyunda həll olunduğundan heç-heçə üçün oynayırdıq. Təəssüf ki, alınmadı. Buna bir çox amillərin səbəbi oldu. Əsası isə Rəfaelin zədələnməsi və bundan sonra buraxılan mövqe səhvləri”.

Paylaş