Valeru Rachita:`Qarabağ` olduqca texnikalı komandadır`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
31 Yan 2012
Valeru Rachita:`Qarabağ` olduqca texnikalı komandadır`
`Qarabağ`ımız bugün Rumıniya superliqa təmsilçisi olan `Petrolul Ploiesti`ni hər hissədə vurduğu bir qolla məğlub etdi. Oyundan sonra rəqibin baş məşqçimizi Valeru Rachita saytımız üçün oyunu dəyərləndirib:`Qarabağ`ı qələbə münasibətiylə təbrik edirəm. Zənnimcə, olduqca maraqlı oyun oldu. Matçın hər 2 tərəf üçün faydalı olduğu qənaətindəyəm. Oyunboyu yüksək temp vardı. Qarşılıqlı hücumlar yoxlama oyunu olmasına baxmayaraq görüşə rəng qatdı. `Qarabağ`a gəlincə. Deyərdim ki, olduqca texnikalı komandadır. Topla oynamağı bacaran, kombinasiyalı oynamağa üstünlük verən komandanız var. Daim axtarışdaydınız. `Qarabağ` məndə ancaq xoş hisslər buraxdı. Baxımlı futbolü üstünlük verirdiniz. Bizim də fərqlənmək üçün bir neçə şansımız olsa da `Qarabağ` ən azı 2 epizodda fərqi artırmağa borclu idi. Kimisə fərqləndirməyim düzgün olmazdı. Çünki, fərdlərdən daha çox kollektiv futbola üstünlük verilməsi hiss olunurdu. `