`Valletta` 0-1 `Qarabağ` | Video

`Valletta` 0-1 `Qarabağ` | Video
Bildiyiniz kimi bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyunları start götürəcək.Bu gün `Qarabağ`ımız ilk dəfə olaraq Azərbaycanı qitənin ən nüfuzlu turnirində təmsil edəcək.Rəqibimiz Malta çempionu `Valletta` klubudur.Görüş Bakı vaxtı ilə 21:30-da başlayacaq.Oyunu saytımızı və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh)
Start heyətimiz artıq məlumdur.
`Qarabağ`: Ibrahim Sehiç,Ansi Aqoli,Admir Teli,Bədavi Hüseynov,İlqar Qurbanov,Qara Qarayev,Muarem Muarem,Riçard Almeyda,Leroy Corc,Jumbinyo,Reynaldo Dos Santos
I hissə
1` Oyun başladı,uğurlar `Qarabağ` !
5` Kəşfiyyat xarakterli oyun gedir,hələki qol epizodu yoxdur.
11` Komandamızın rəqib qapısına ilk zərbəsi qapıdan aralı keçdi.
13` Çumbinyonun təhlükəli zərbəsi qapıdan aralı keçdi.
14` Leroyun qüvvətli zərbəsi komandamıza küncdən zərbə qazandırdı.
16` `Valletta` kəskin əks hücuma keçdi amma Şehiç rəqibin zərbəsinin qarşısını aldı.
16` Qoooooooooool ! Çumbinyooooooo mükəmməl zərbə ilə cərimə zərbəsindən hesabı açdı ! `Qarabağ` hesabı açdı !
22` Çumbinyo müdafiənin köməyinə gələrək topu ələ keçirdi və `Qarabağ`ımızın yeni hücumuna başladı.
25` Reynaldo cərimə meydançasına asanlıqla daxil oldu amma zərbəsi müdafiəçilərdə qaldı.
29` Reynaldonun qüvvətli zərbəsi qapı tirindən qayıtdı.
33` Ilqar Qurbanov topu yan xətdən oyuna daxil edir və yeni hücuma başladıq
34` Reynaldonun zərbəsini qapıçı dəf edə bildi,komandamız küncdən zərbə qazandı.
41` Qarşılıqlı hücumlar şəraitində oyun davam edir.
45` İlk hissə başa çatdı , `Qarabağ`Jumbinyonun qolu ilə hesabda 1-0 öndədir !
II hissə
46` İkinci hissə başladı,uğurlar `Qarabağ` !
47` Reynaldo ikinci qola çox yaxın oldu amma zərbəsi dəqiq olmadı.
52` Rəqib oyunda ilk dəfə olaraq topu küncdən oyuna daxil etdi amma müdafiəçilərimiz topu ustalıqla uzaqlaşdıra bldi.
54` Reynaldo rəqib qapıçı ilə mübarizədə məğlub olaraq topu itirdi.
56` Rəqib oyunda təzyiqi artırıb amma hələki müdafiə xəttimiz inamlı oyunu ilə yadda qalır.
57` Ansi Aqolinin ideal ötürməsini Reynaldo qola çevirə bilmədi.
59` Ilqar Qurbanovun cərimə meydançasına ötürməsini Caruana uzaqlaşdırdı və komandamız küncdən zərbə qazandı.
65` Leroy Corcun ideal zərbəsini rəqib qapıçı dəf edə bildi.
71` Danilo Dias Muarem Muaremin əvəzinə meydana daxil oldu.
72` Oyunda ilk sarı vərəqə `Valletta` klubunun oyunçusu Briffaya göstərildi.
74` Reynaldo yenə qapıçı ilə üzbəüz qaldı amma zərbəsini qapıçı dəf etdi.
79` Qurban Qurbanov ikinci dəyişiklikdən də istifadə etdi,Qara Qarayevin əvəzinə meydana Namiq Yusifov daxil oldu.
85` Danilo Diasa qarşı cərimə meydançasında edilən kobudluqdan sonra penalti qazandıq amma Riçard Almeyda bu fürsətdən yararlana bilmədi.
87` Leroy meydanı tərk edir və onun əvəzinə Vüqar Nadirov daxil olur.
90` Oyunun əsas vaxtı başa çatdı və əlavə olunmuş 3 dəqiqə başladı.
90+1` Admir Telinin kobud səhvindən sonra rəqib hücumçu Şehiç ilə üzbəüz qaldl amma Şehiç inamlı oyunu ilə topu uzaqlaşdırmağı bacardı.
90` Oyun başa çatdı,`Qarabağ`ımız bu gün Çumbinyonun 17-ci dəqiqədə vurduğu ideal qolla qələbə qazandı,təbriklər !
Oyunun video icmalı :