`Valletta` (Malta) - `Qarabağ` (Azərbaycan) canlı yayımda!
14 İyl 2014
`Valletta` (Malta) - `Qarabağ` (Azərbaycan) canlı yayımda!
`Qarabağ` Futbol Klubu çoxmilyonlu azarkeş marağını, `Qarabağ` sevgisini nəzərə alaraq Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq `Valletta (Malta) - `Qarabağ` (Azərbaycan) oyununun canlı yayımlanması təşəbbüsünü öz üzərinə götürmüşdür. Danışıqlar uğurla nəticələnmiş və oyun `İdman Azərbaycan` kanalı ilə canlı olaraq yayımlanacaqdır.
Nəzərinizə çatdıraq ki, `Valletta (Malta) - `Qarabağ` (Azərbaycan) oyunu İyulun 15-də Bakı vaxtıyla 21:30-da start götürəcək. Qeyd etdiyimiz kimi oyun `İdman Azərbaycan kanalı` ilə canlı yayımlanacaqdır.
