Vaqif Cavadov da `qızıl` medal aldı

single-news
4 May 2010

Vaqif Cavadov da `qızıl` medal aldı



Müstəqil Azərbaycan futbolunun ən böyük ulduzu Vaqif Cavadov Hollandiya çempionu olub. `Qarabağ`ımızın yetirməsi, `Qarabağ`dan `Tvente`yə transfer olan  20 yaşlı forvard fevralda aldığı zədə səbəbindən zədələnərək əməliyyat olunmuş və belədə mövsümün ikinci yarısında tam hazır hala gələ bilməmişdi. Çempionatın bitməsiylə Vaqifin `Tvente`nin əsas heyətində debütü gələn mövsümə qaldı. `Qarabağ`ımızın sabiq üzvü `Tvente`nin çempion olduğu `Breda` ilə oyundan sonra oyundaşları ilə birgə qələbəni bayram edib. Cavadov məlum səbəbdən meydana çıxmasa da, `Tvente`nin sifariş ərizəsində `7` nömrə kimi sifariş olunan Vaqif də qızıl medal alıb.

VAQİFİN KOMANDASI ÇEMPİONLUĞU QEYD EDİR...

Paylaş

// pop up