Vaqif Cavadov oktyabrın ən yaxşısıdır...
Vaqif Cavadov oktyabrın ən yaxşısıdır...
Peşəkar Futbol Liqasının (PFL) və qurumun rəsmi sponsoru `Unibank`ın təşkilatçılığı ilə oktyabr və noyabr ayının ən yaxşı futbolçu müsabiqəsinin nominantlarını açıqlayıb. Kütləvi İnformasiya Vasitələri və media mənsubları arasında keçirilmiş sorğu zamanı oktyabr ayında Liqanın ən yaxşı futbolçusu `Qarabağ`ımızın üzvü Vaqif Cavadov seçilib. 20 yaşlı hücumçu səslərin 70 faizini toplayıb. Noyabr ayı üçün isə `Xəzər-Lənkəran`ın yarımmüdafiəçisi Mario Souza seçilib.
Cavadov saytımıza verdiyi açıqlamada durumdan məmnun olduğunu bildirib:` Açığı, belə bir müsabiqədən xəbərim yox idi. Amma istənilən halda belə bir seçim mənim üçün sevindiricidi. Səsverənlərin hər birinə təşəkkür edirəm. Mənim seçilməyimdə komandamın uğurlarının böyük rolu var. İnşallah, növbəti aylarda da eyni uğuru qazanmaq istərdim`