Vaqif Cavadov: Postsovet məkanının 7 ən yaxşı futbolçusu arasında 6-cı (apasport.az)

single-news
12 Noy 2009

Vaqif Cavadov: Postsovet məkanının 7 ən yaxşı futbolçusu arasında 6-cı (apasport.az)



Azərbaycan yığmasının üzvü Vaqif Cavadov postsovet məkanının ən yaxşı futbolçusu seçilə bilməyib. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyan 20 yaşlı hücumçu “Sport-Ekspress” qəzetinin keçirdiyi sorğuda 7 futbolçu arasında 6-cı olub. Oktyabr üçün keçirilmiş sorğuda Vaqif 18 xal toplayıb. O yalnız eyni xala malik ukraynalı həmkarı, “Dnepr” və Ukrayna milli komandasının hücumçusu Sergey Nazarenkonu qabaqlayıb.

“Sport-Ekspress” qəzetinin əməkdaşı Boris Levin Cavadovla Moskva “Spartak”ının 17 yaşlı futbolçusu Jano Ananidzenin sorğuda iştirakına belə münasibət bildirib: “Onlar bura düşməyi ilk növbədə avans kimi qəbul etməlidirlər. Hərçənd, həmin futbolçular ötən ay az iş görmədilər. Vaqif Azərbaycan yığmasının keçirdiyi hər iki rəsmi oyunda qol vurdu. Əminəm ki, həm Cavadov, həm də Ananidze bundan da möhtəşəm uğurlara imza atmağa qadirdirlər. Allah onlardan istedadı əsirgəməyib”.

Sorğunun qalibi “Rubin”in qapıçısı Sergey Rıjikov (54 xal) olub. Sonrakı yerləri müvafiq olaraq Andrey Şevçenko (“Dinamo”, Kiyev, 44 xal), Aleksandr Ryazantsev (“Rubin”, 42 xal), Jano Ananidze (“Spartak”, Moskva, 39 xal, ) və Anatoli Timoşuk (“Bavariya”, 25 xal) tutub.

Arxada qalan 10 ayın hesablamasına görə, Vaqif 49 futbolçu arasında 41-dir. Bu siyahıya isə Rusiya yığmasının kapitanı Andrey Arşavin (285 xal) başçılıq edir.

Paylaş

// pop up