Vaqif Cavadov «Qarabağ»la müqaviləni uzatdı (qol.az)
17 Dek 2009
Vaqif Cavadov «Qarabağ»la müqaviləni uzatdı (qol.az)
Son vaxtlar xarici klublara transfer olunacağı barədə haqqında çoxsaylı xəbərlər yayılan milli komandamızın hucumçusu Vaqif Cavadov «Qarabağ» klubu ilə müqaviləni daha iki il müddətinə uzadıb. Xatırladaq ki, Vaqif Cavadovun müqaviləsi gələn ilin may ayında başa çatacaqdı.
«Qarabağ»ın icraçı direktoru Əmrah Çəlikəl yalnız xarici klublara keçəcəyi təqdirdə Vaqifi buraxacaqlarını söyləyib. O, futbolçunu yerli klublara keçidinə razılıq verməyəcəklərini deyib.
Mənbə: «Futbol+» qəzeti