Vaqif Cavadov rəsmən "Tvente"də! (fanat.az)

12 Yan 2010
Vaqif Cavadov rəsmən "Tvente"də! (fanat.az)
Millimizin üzvü Hollandiya klubu ilə 4,5 illik müqavilə imzaladı
Fanat: Milli komandamızın üzvü Vaqif Cavadovun "Tvente"yə keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, Cavadov dünən Hollandiya klubu ilə rəsmi müqavilə imzalayıb.
Bir neçə gündür atası Fizuli Cavadov və "Qarabağ"ın direktoru Əmrah Çəlikəllə Hollandiyada olan Vaqif ötən axşam 4,5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Cavadov "Qarabağ"ın heyətində Avropa Liqasında "Tvente"yə qarşı oynayıb. O, həmin oyunlarda Hollandiya klubunun baş məşqçisi Stiv Maklarenin diqqətini çəkib.