Vaqif Cavadov:`hamının xal itirdiyini görəndə `.

single-news
11 Dek 2012

Vaqif Cavadov:`hamının xal itirdiyini görəndə `.



`Qarabağ`ımız `Bakı`yla oyunun hazırlıqlarını davam etdirir. Premyerliqanın XVII turunda paytaxtın eyniadlı komandasının qonağı olacaq `Qarabağ`ımız məşqlərini Suraxanı qəsəbə stadionunda edir. `Qarabağ`ımız `zolaqlı`larla oyuna tam heyətlə hazırlaşır ki, bu da sevindirici xəbərdir. Son oyunlarda qazanılan nəticələr komandamıza nikbinlik gətirib. `Kəpəz`lə baş tutan son oyunda qol vuran və bir penalti qazanan Vaqif Cavadov yaxşı idman formasıyla diqqəti cəlb edir. 23 yaşlı forvard saytımıza verdiyi açıqlamada `Bakı`yla oyuna dəyərləndirib:`Son oyunlarda `Bakı` yaxşı təsir bağışlayır. Hiss olunur ki, yeni gələn baş məşqçi öz sistemini otuzdurmağa çalışır. Bu qazanılan son nəticələrdə də özünü göstərir. Amma biz də pis vəziyyətdə deyilik. Hazırda ilk pilləni bölüşdürürük. Qazanacağımız 3 xal bizə çox lazımdı. Qış fasiləsinə nikbin yollanmaq istəyirik. `Bakı`nın meydançası yaxşı vəziyyətdədir. Bu da hər 2 tərəfin yaxşı futbol göstərməsinə imkan yaradacaq. `Bakı`yla oyunlarımız hər zaman gərgin alınır. Ötən mövsüm həm çempionatda, həm də kubokda `zolaqlı`lara məğlub olmaqla Avrokuboklardan kənarda qaldıq. Elə ilk dövrədə ki oyun da maraqlı keçmişdi. Ümumiyyətlə, cari birincilikdə hər qələbənin qiyməti çox böyükdür. Qazanılacaq 1 xalın belə əhəmiyyəti hiss olunur. Belə baxanda vəziyyətimiz pis deyil. Düzdü, bəzi oyunlara baxanda fikirləşirsən ki, daha çox xal toplaya bilərdik. Amma bütün komandaların gücləndiyini və hamının xal itirdiyini görəndə şikayətlənməyə haqqımızın olmadığını görürəm. Qışa kimi `Xəzər-Lənkəran`la da vacib görüşə çıxacağıq. Amma indi ancaq `Bakı`yla oyuna köklənmişik.

Paylaş

// pop up