Vaqif Cavadov:`Qarabağ`a qayıdacağımı demişdim.`

single-news
18 Yan 2012

Vaqif Cavadov:`Qarabağ`a qayıdacağımı demişdim.`



`Qarabağ`ımız fasilə dönəmində ilk transferini reallaşdırdı. 2010-cu ilin yanvarında `Qarabağ`ımızdan `Tvente`yə transfer olunan Vaqif Cavadov 2 illik fasilədən sonra yenidən doğma komandasına qayıtdı. 2007-2010-cu illərdə `Qarabağ`ımızın heyətində məşhurlaşmış 23 yaşlı forvardımız geri dönüşündə `Qarabağ`la böyük uğurlara imza atmaq niyyətindədir. Cavadovla 2,5 illik müqavilə imzalandı və bu gün ilk məşqinə çıxdı. Vaiqf saytımıza verdiyi açıqlamada karyerasının yeni səhifəsini dəyərləndirib:`Əslində bunu yeni transfer kimi qiymətləndirmək olmaz. 17 yaşım olanda `Qarabağ` mənə sahib çıxmışdı. 3 il gözəl anlar keçirmişdim `Qarabağ`da. Təəssüf ki,`Tvente` macərası məndən asılı olmayan səbəblərə görə alınmadı. Ağır zədə almağım vəziyyəti çətinləşdirdi. Amma cəmi 22 yaşım var. Gələcəyim hələ qabaqdadır. `Qarabağ`da hələ bitməyən işim var. Bu komanda mənə çox doğmadır. `Tvente`yə gedərkən mütləq `Qarabağ`a qayıdacağımı demişdim. Hətta başqa komandalarda oynayanda belə `Qarabağ` mənim üçün xüsusi olub. `Qarabağ` mənim üçün mənəvi bağlarla yanaşı başqa amillərə görə də uğurludur. Çünki, oyun üslübumun `Qarabağ`a uyğun gəldiyini düşünürəm. Burda futbol üçün hər şey var. Hətta `Volqa`da oynayarkən ruslara verdiyim müsahibədə `Qarabağ` futbolu bilən rəhbərliyinin, əla kollektivinin və güclü baş məşqçisinin olduğunu bildirmişdim. Belə də 2-ci evimə qayıtmışam. Parladığım, tanındığım komandaya daha çox xeyir vermək istəyirəm. İnanrıam ki, `Qarabağ` camiəsi üçün ən yaxşını edə biləcəm. Azarkeşlərimiz `Tvente`də olanda məni həmişə dəstəkləyirdi. İndi vurduğum qollar və komandama xeyir verməklə yenidən onları sevindirmək istəyirəm.`

Paylaş

// pop up