Vaqif Cavadov:`Qələbəni statistika qazanmır`

single-news
7 Fev 2013

Vaqif Cavadov:`Qələbəni statistika qazanmır`



`Qarabağ`ımız `Qəbələ`ylə oyunun hazırlıqlarını davam etdirir.  Antalyadan təlim-məşq toplanışından döndükdən sonra millilərə 6 futbolçu göndərən komandamız tam heyətlə çalışa bilmirdi. Dünən Lixtenşteynlə qarşılaşan millimiz artıq Bakıdadır. Sevindirci haldır ki, 1:0-lıq qələbə zamanı yeganə qola `Qarabağ`ımızın forvardı  Vaqif Cavadov imza atıb. Bununla da 23 yaşlı hücumçu millidə qolların sayını 8-ə çatdıraraq bu göstəricidə 2-ci sıraya yüksəldi. Vaqif saytımıza verdiyi açıqlamada daha ətraflı danışıb: Millimizin bu il ilk qələbəsi çox vacib idi. Bu qələbə bizim əhval-ruhiyyəmizə pozitiv təsir göstərəcək. Millidə bombardir olmaq əsas hədəfim deyil. Amma  təbii ki, hələ gəncəm. Ümid edirəm ki, hələ uzun müddət millidə oynayıb qol hesabımı artırmaq şansım olacaq. İndi çempionata köklənmək lazımdır. Qarşıdan `Qəbələ` ilə oyun gəlir. Qəbələlilər hamıdan çox transfer edib. Onlar da yüksək yerlərə iddialıdırlar.  Olduqca çətin oyun olacaq. Düzdü, son zamanlar `qırmızı-qara`larla görüşlərdə qələbə qazana bilmirik. Amma meydana çıxanda qələbəni statistika qazanmır. Qurban müəllimin məni hücumun sivri ucunda oynatmasına gəlincə. Mənim üçün belə baxanda fərqli yoxdur. Məşqçimiz üçün harda daha çox fayda verəcəyim maraqlıdı. Millidə qol vurduqdan sonra təbii ki, `Qəbələ`yə də qol vurmaq istərdim. Amma qələbə qolunu. Uğurlu başlamaq çox yaxşıdır. İnanıram ki, Qəbələdən istədiyimiz nəticə ilə dönəcəyik.`

 

Paylaş

// pop up