VAQİF ƏN YAXŞI SEÇİLDİ
VAQİF ƏN YAXŞI SEÇİLDİ
Komandamızın Lənkəranda qazandığı qələbənin ək-sədası uzun müddət çəkilənə bənzəmir. Rəqibə göz verib, işıq verməyən komandamız əla futbol nümayiş etdirdi. Belə uğurlu oyun idman mətbuatının da diqqətindən kənarda qalmayıb. Ölkənin ən populyar idman nəşri "Futbol+" qəzeti hər tur üçün ənənəvi "turun oyunçusu" rubrikasının qalibi kimi komandamızın forvardı Vaqif Cavadovu seçib. "Qarabağ"ımızın və millinin 19 yaşlı forvardı bir qol vurmaqla yanaşı meydanda gördüyü geniş həcmli işlə təqdir toplamışdı.
Onu da qeyd edək ki, Vaqiflə yanaşı qapıçımız Fərhad Vəliyev, müdafiəçimiz Aftandil Hacıyev və digər hücumçumuz Zaur Ramazanov turun simvolik yığmasına düşüblər.
Ümumiyyətlə, həmin matçda start heyətində meydana çıxan 8 futbolçumuz 5,5, 3 futbolçumuz isə 6,0 bala layiq görülüb.