VAQİF EŞQƏ DÜŞÜB (FUTBOL+QOL, 03.02.2007)
3 Fev 2007
VAQİF EŞQƏ DÜŞÜB (FUTBOL+QOL, 03.02.2007)
“Olimpik”lə görüşdə, “Qarabağ”ın heyətində uğurlu debüt edən Vaqif Cavadov bombardirlik həvəsinə düşüb. Ağdam klubunda keçirdiyi ilk görüşdəcə bir qol vurub, bir məhsuldar ötürmə edən hücumçu qarşısına qoyduğu məqsədə çatmağa çalışacaq. “Bilirəm ki, bu asan deyil, lakin mən özümü buna hazır sayıram.” deyə o bildirib. Vaqif daha sonra deyib: “Həmişə istəmişəm ki, oynadığım komandaya xeyir verim. “Qarabağ”da bunun üçün əlimdən gələni edəcəm. Amma mən də özümə görə ambisiyalı futbolçuyam. Axı niyə də çempionatın bombardiri olmağa cəhd etməyim? Hər şey öz əlimdədir”. Doğrudan da, Vaqif düz deyir, hər şey öz əlindədir. Qolçuluq eşqinə düşmüsənsə, buyur, bu meydan, bu da sən.