Vaqif ilk məşqinə çıxdı.FOTOLAR

28 Yan 2010
Vaqif ilk məşqinə çıxdı.FOTOLAR
`Qarabağ`ımız sabiq üzvü Vaqif Cavadov artıq `Tvente`də də ilk məşqinə çıxıb. 20 yaşlı hücumçu bu gün eyni zamanda komandasının baş məşqçisi Stiv Maklarenlə görüşüb. `Tvente` klubunda işgüzar səfərdə olan `Qarabağ`ımızın uşaq futbolunun koordinatoru Hemdi Serpil Tüzün və
`Qarabağ`ımızın nümayəndəsi Anar Məmmədli də İngiltərə millisinin sabiq çalışdırıcısı ilə görüşüb. Maklaren Vaqif Cavadova böyük ümidlər bəslədiyini və həftəsonu baş tutacaq növbəti turda Vaqifə şans vermək istədiyini gizlətməyib.
Xatırladaq ki, sabah Vaqif Cavadovun ictimayyətə təqdimetmə mərasimi planlaşdırılır.