Vaqif millinin də ən yaxşısıdır !!!

single-news
21 Dek 2009

Vaqif millinin də ən yaxşısıdır !!!



AFFA 2009-cu il üçün milli komandanın ən yaxşı futbolçusu və qapıçısının adını açıqlayıb. Mükafatlandırma mərasimi `Landmark` biznes mərkəzinin `Rotunda` zalında keçirilib.
Premyer Liqada çıxış edən klubların baş məşqçiləri, kapitanları, milli komandanın baş məşqçisi, texniki direktor və veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun səsləri nəticəsində arxada qalan ildə millinin ən yaxşı futbolçuları müəyyənləşib. `Rotunda` keçirilən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov, vitse-prezidenti Elşad Nəsirov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, klub rəsmiləri, baş məşqçilər, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunun 2009-cu ildəki uğurlarından danışıb. Baş katib həmçinin  yığmamızın tezliklə Avropa çempionatında iştirak etmək hüququ qazanacağını da bildirib.
Daha sonra ilin ən yaxşıları açıqlanıb. Məlum olub ki, 2009-cu ilin ən yaxşı qadın futbolçusu Ana Atayevadır. Ona mükafatı Çingiz Hüseynzadə təqdim edib. İlin ən yaxşı futzalçısı Rizvan Fərzəliyev elan edilib. Futzalçını veteran futbolçu Ələkbər Məmmədov mükafatlandırıb. Çimərlik yığmamızın ən yaxşı futbolçusu Elvin Quliyev seçilib. Ona mükafatı AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib.
Gözlənildiyi kimi yığmanın ən yaxşı qapıçısı Kamran Ağayev olub. "Xəzər Lənkəran"ın qapıçısına mükafatı veteran futbol İsgəndər Cavadov verib.

Və ən nəhayət!!!Millinin ən yaxşı futbolçusu isə gözlənildiyi kimi, `Qarabağ`ımızın forvardı Vaqif Cavadov seçilib. İlin ən yaxşı oyunçusuna mükafatı  AFFA-nın vitse-prezidenti Elşad Nəsirov mükafatlandırıb.
Cavadov saytımıza veridyi açıqlamada uğurdan məmnun qaldığını və gələcəkdə də  belə mükafatların onun stimul oduğunu bildirib:` Bütün səsverənlərə öz təşəkkürümü bildirirəm. Sevinirəm ki, artıq bir neçə qurum tərəfindən  mükafata layiq görülmüşəm. Arxada qalan ildə klubum `Qarabağ`ın uğurlu çıxışı bu günki nəticələrə heç də az təsir göstərməyib. Bu mənimlə bərabər millidə çıxış edən çoxsaylı `Qarabağ`lıların da uğurudur`.

 

İlin ən yaxşıları

Ən yaxşı qadın futbolçu - Ana Atayeva
Ən yaxşı futzalçı - Rizvan Fərzəliyev
Ən yaxşı çimərlik futbolçusu - Elvin Quliyev
Ən yaxşı qapıçı - Kamran Ağayev
Ən yaxşı futbolçu - Vaqif Cavadov

Paylaş

// pop up