VAQİF VƏ SEDAT

single-news
13 Dek 2008

VAQİF VƏ SEDAT



"Qarabağ"ımızın premyerliqanın son turlarında əla çıxışı get-gedə öz qiymətini tapmaqdadır. Ölkəmizin ən populyar nəşri "Futbol+" qəzeti ilk yarının ən yaxşı 5 yerli və legioner futbolçusunu seçib. Sevindiri haldır ki, "Qarabağ"ımızın gənc forvardı Vaqif Cavadov  premyerliqanın ilk yarısının tapıntısı seçilib. Xatırladaq ki, son 3 matçda möhtəşəm təsir bağışlayan 19 yaşlı forvard son 2 turun ən yaxşı oyunçu seçilməklə bir ilki gerçəkləşdirmişdi.

Əcnəbilərin siyahısında da bir futbolçumuz var. Bosniyaəsilli türk Sedat Saini ən yaxşı 3-cü legioner seçilib. Premyerliqanın startında zədələnən və 4-cü turdan  başlayaraq meydana çıxmağa başlayan 23 yaşlı yarımmüdafiəçi ilk yarının sonlarına yaxın komandamızın uğurlarında böyük əməyi oldu.  

Paylaş

// pop up