VASSEL "MANÇESTER SİTİ"DƏ !

single-news
31 İyl 2005

VASSEL "MANÇESTER SİTİ"DƏ !



"Mançester Siti" klubu İngiltərə yığmasını hücumçusu Darius Vasseli öz sırasına qatdı. Xatırldaq ki, 2,9 milyon avro məbləğində pul ödədiyi futbolçu ötən mövsüm "Aston Villa"nın şərəfini qurumuşdur. Ötən həftə Şon Rayt Filipsi "Çelsi"yə satan "Qorojan"lar əvəzində Endi Koulu da sıralarına qatmışlar ki, bu da hücumda Endi Koul - Vassel cütlüyü deməkdir. Xatırladaq ki, Vasselin kontrakt müddəti 4 ildir. "Aston Villa"nın baş məşqçisi Devid O´Liri isə hücumçusunu itirməyindən heyfsilənmir: "Dariusun kontrakti bizimlə gələn il başa çatırdı. "Mançester Siti" münasib təklif irəli sürdü, bu keçiddə bizim də marağımız olduğundan etiraz etmədik. Çünki biz onun əvəzləyə biləcək başqa hücumçu - Kevin Filipsslə artıq anlaşmışıq."

Paylaş