...VƏ BİR DAHA
...VƏ BİR DAHA
...Və yəqin həmin gün heç vaxt unudulmayacaq. Mayın 28-i futbol ictimayyətinin xatirində elə bir iz buraxıb ki, heç bir zaman kəsiyi bu əsrarəngiz xatirələri silə bilməz. Çempionatın ikinci yarısının hamısında lider olmuş “Olimpik” marafonu zirvədə bitirmək üçün “Qarabağ” matçından bir xal qoparması kifayət idi. Amma “Qarabağ”ın əzmkarı kollektivi inanılmazı bacardı. Zaur Həşimovun 84-cü dəqiqədə möhtəşəm qolu “Olimpik”ı “qızıl”dan “gümüş”ə sürüşdürdü.
İndi vəziyyətə daha fərqlidir. Çempionluq mücadiləsi verən “Qarabağ” ilk turu uğurla bitirib. Və önəmli rəqibi qarşısında xüsusi motivasiya ilə çıxacaq. Bir iddialının məğlub edilməsi, çempionluq yolundakı maneələri bir qədər hamarlaşdıracaq. Çünki, bu adi matç deyil. Bu “Qarabağ”ın möhtəşəm erasının başlanğıçına məhz Mayın 28-i “Olimpik”i yenərək başlanılıb.
Sabah 18:00-da baş tutacaq “Qarabağ” – “Olimpik” bir derbidir. Amma bu dəfə derbinin taleyi məlumdur. “Qarabağ” artıq rəqibindən bir baş üstündür. Komandamız psixologiya müharibəsində artıq 75 addım qabaqdadır. Sabah isə, “Qarabağ”ın 6 xalı olacaq. Hər nə qədər “Olimpik” UEFA kubokunun iştirakçısı olsa da, “Qarabağ” artıq derbinin bir addımını Mayın 28-də qazanıb. Sabah isə... ardı var...