`Verder` də İstanbul da...

single-news
9 May 2009

`Verder` də İstanbul da...



UEFA Kubokunun sonuncu finalçısı da məlum oldu. Kiyev "Dinamo"sunu yenib finala vəsiqə qazanan "Şaxtyor"un ardınca "Verder" də eyni hüququ qazanıb. Bremen klubu bu gecə baş tutan Almaniya derbisində çətinliklə də olsa, "Qalatasaray" və "Mançester Siti"nin qəniminə çevirilmiş "Hamburq"u yendi.
Oyuna meydan sahibləri fəal başladı və 13-cü dəqiqədə İvika Oliç hesabı açdı. Lakin çox keçmədən üstünlüyü ələ alan bremenlilər 29-cu dəqiqədə tarazlığı bərpa etdi. Bərabərlik qoluna Dieqo imza atdı. "Verder" ikinci hissəyə də fəal başladı. Bunun nəticəsi olaraq 66-cı dəqiqədə Klaudio Pizarro qonaqları hesabda irəli çıxartdı. Bir qol vurub, oyunun taleyini həll etmək istəyən "Qalatasaray"ın qənimi matçın bitməsinə 7 dəqiqə qalmış şoka düşdü. Frank Baumann növbəti topu "Hamburq"un qapısından keçirib, fərqi iki topa çatdırdı. Lakin meydan sahibləri ruhdan düşmədi. Matçın 87-ci dəqiqəsində Oliç hesabı 3:2 etsə də, ilk oyunda 1:0 hesablı qələbə "Hamburq"un bundan artığına gücü çatmadı.
Qeyd edək ki, UEFA Kubokunun finalı mayın Türkiyənin İstanbul şəhərindəki "Şükrü Saracoğlu" stadionunda keçiriləcək və "Şaxtyor"la "Verder" qalib adı uğrunda mübarizə aparacaq.

Hamburq (Almaniya) - Verder (Almaniya) 2:3 (İlk oyun 1:0)

Qollar: Oliç, 13; 87 - Dieqo, 29. Pizarro, 66. Baumann, 83.
Hamburq: Rost, Silva (Benjamin, 72), Matheysen, Yansen (Aogo, 77), Petrik, Oliç, Yarolim, Troçovski, Qravqaard, Demel (Boatenq, 63), Pitroypa.
Baş məşqçi: Martin Yol.
Verder: Vyese, Boenisç, Naldo, Baumann, Fritz, Rosenberq (Almeyda, 62), Dieqo, Mesut Özil, Frinqs, Pizarro (Nyemeyer, 90), Mertesacker (Prödl, 54).
Baş məşqçi: Tomas Skaaf.
Sarı vərəqələr: Aleks Silva, 41. Yarolim, 51. Boatenq, 90 - Dieqo, 41. Naldo, 49. Almeyda, 90.  
Hakimlər: Frank De Bleeckere, Peter Hermans, Danni Huens, Serqe Qumyenni (Belçika).
Hakim-inspektor: Bo Karlsson (İsveç).
UEFA nümayəndəsi: Adrian Titcombe (İngiltərə).

 

Paylaş

// pop up