VI GÜN: TAKTİKA- MÜDAFİƏ VƏ HÜCUM
9 Yan 2007
VI GÜN: TAKTİKA- MÜDAFİƏ VƏ HÜCUM
"Qarabağ" Futbol Klubu təlim məşqin altıncı günündə səhər və axşam olmaqla, iki dəfə məşq etdi. Bu günün əvvəlki günlərdən fərqi isə hər iki məşqin yaşıl sahədə keçirilməsi oldu. Baş Məşqçimiz Rasim Kara sabahkı oyunu nəzərə alaraq, taktika üzərində işlədi. Əgər səhərki məşq müdafiəyə yönəlik, necə müdafiə olunmaq üzərində qurulmuşdusa, günün ikinci məşqi hücumlar, qapılara zərbələrlə keçirildi...
Yerli vaxtla səhər saat 9:00-da komanda ilk məşqə başladı. İsinmə hərəkətlərindən sonra Rasim Kara futbolçulara müdafiənin sirlərini aşılamağa başladı. Mərkəzdən, yanlardan hücumlar zamanı qapının toxunulmazlığını necə saxlamaq, daha etibarlı necə müdafiə olunmaq məşqin əsas preoriteti oldu. Eyni zamanda xətti müdafiə üzərində də məşqlər edildi.
Günün ikinci məşqi isə birbaşa hücum futboluna həsr olundu. Futbolçuların topla davranışı, onların qapı qarşısında ani qərar vermələri və s. üzərində bütün məşq boyu işlənildi. Futbolçuların qapıya müxtəlif epizodlardan dəqiq zəbə endirməsinə də diqqət yetirildi...
Sabah "Qarabağ" Futbol Klubu yeni heyətlə ilk yoldaşlıq matçına çıxacaq. Türkiyə klubu olan "Bəylərbəyi" ilə matç yerli vaxtla saat 16:00-da keçiriləcək. Komandamıza uğurlar arzulayaq...
P.S: Matç barəsində ətraflı məlumat,matçdan fotogörüntüləri yalnız bizim saytdan ala bilərsiniz.