VİERA "YUVENTUS"LA ANLAŞDI ?!

14 İyl 2005
VİERA "YUVENTUS"LA ANLAŞDI ?!
Bu gün səhər yayılmış qeyri-rəsmi xəbərə görə "Arsenal"ın futbolçusu Patrik Viera gələn mövsümdən İtaliya "Yuventus"unun şərəfini qoruyacaq. İlkin anlaşmaya görə, futbolçu 5 illik müqavilənin müqabilində 15 milyon avro (10 milyon funt) alacaq. Danışıqları davam etdirmək üçün futbolçunun agentinin artıq İtaliyada olduğu da yayılan xəbərlər arasındadır.
"Yuventus" Futbolçunun qarşılığında 7 milyon funt + Stephen Appiah və ya Jonathan Zebinanı da Arsenala təklif edib. Bu təklif isə hələ ki, təklif olaraq qalır.
Xatırladaq ki, Arsen Vengerin "Arsenal"da ilk transferi o vaxtlar məhz Milanın şərəfini qoruyan Viera olmuşdu.